Regiona üç günlük diplomatik missiyasını başa çatdıran ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel İsrail və fələstinlilərin liderlərilə danışıqların müsbət və məhsuldar keçdiyni bildirib.
Mitçel bu gün İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra deyib ki, o, gələn həftə regiona qayıdacaq.
Bu gün əvvəl fələstinlilərin rəsmisi bildirib ki, prezident Mahmud Abbas ABŞ prezidenti Barak Obama ilə mayda görüşmək üçün Vaşinqtona dəvət edilib. ABŞ hələlik dəvətlə bağlı açıqlama verməyib.
İsrailin Haaretz qəzetinin verdiyi xəbərə görə İsrail və fələstinlilər arasında sülh danışıqları may ayının ortalarından gec olmayaraq bərpa ediləcək.
Corc Mitçel İsrail və fələstinlilərin danışıqlara yenidən başlamasına nail olmaq ümidi ilə cənab Abbas və bundan öncə cənab Netanyahu ilə görüşlər keçirmişdir.