Accessibility links

Amerikalı alimlər ağ ciyər donorlarının artırılmasına çalışır [Video]


Amerika alimləri ağ ciyər donorlarını artırmağa çalışır
please wait

No media source currently available

0:00 0:02:57 0:00
Amerikalı alimlər ağ ciyərə ehtiyacı olanlar üçün ağ ciyər donorlarının artırılmasına yol aça biləcək proqram üzərində işləyirlər. Onların səyləri dünyasını yenicə dəyişmiş donorun ağ ciyərinin sağlam saxlanmasına yönəlib.

Çapel Hildəki Karolina Universitetindən doktor Tomas İqanın başçılıq etdiyi qrup bu sahədə araşdırmalar aparır. İnsan dünyasını dəyişdikdən sonra ağ ciyər digər orqanlarla müqayisədə daha gec ölür, çünki onun daxilində hələ də hava qalır.

Doktor İqan alimlərin ağ ciyərin qalma müddətini uzatmağa çalışdıqlarını deyir: “Bu, donorluq üçün nəzərdə tutulan ağ ciyərlərin artmasına gətirib çıxaracaq. Hazırda ABŞ-da ildə 1800 ağ ciyər köçürülür. Lakin biz bu sayı artıra bilərik, ildə 40-50 min edə bilərik.”

Minlərlə insan rahat nəfəs alamq üçün ağ ciyər transplantasiyasına növbədədir. Onlardan biri də Liza Baumandır. Liza deyir ki, o, heç vaxt normal nəfəs ala bilməyib.

Lakin xəstəxanada ölməmiş donordan ağ ciyəri götürmək hər zaman mümkün olmur.

Mən bundan daha yaxşı şey təsəvvür edə bilmirəm. Yenidən normal nəfəs almaqdan böyük xoşbəxtlik ola bilməz.
Beləliklə götürülmüş ağ ciyərlərin 80 faizi yararsız olur. Ağ ciyər donorları adətən xəstəxanalarda ölən xəstələr olur. Bu insanlar adətən uzun müddət xəstə olduqları üçün müxtəlif səbəblərdən onların ağ ciyərləri zədələnir.

Doktor İqan evdə, yaxud başqa ictimai yerlərdə qəfildən ölənlərin ağ ciyərlərini axtarır.

Doktor İqanın komandası donorluğa verilən bir cüt ağ ciyər uzərində ex-vivo adlanan prosedur keçirir. Buradakı cihaz ağ ciyərin fəaliyyətini, ciyərin xəstə olub-olmadığını, ciyərdəki çatışmazlığı müəyyən edir və ciyəri hava ilə təchiz edir.

“Bunu dəfələrlə etməklə biz ağ ciyərin effektivliyini və səmərəliliyini artırmağa can atırıq ki, qəfil ölümdən sonra orqan yararlı qalsın,” deyə doktor İqan bildirir.

Yoxlamadan keçən ağ ciyərlər Milli Səhiyyə İnstitutlarının araşdırmasında işitrak edən adamlara köçürüləcək.

Nadir bir genetik xəstəliyin ağ ciyərini zədələdiyi Lisa Bouman təzə ağ ciyər üçün artıq iki ildir növbədədir. O, yeni araşdırmaların ona lazım olan ağ ciyəri tapmağa yardım edəcəyi ümidi ilə yaşayır. “Mən bundan daha yaxşı şey təsəvvür edə bilmirəm. Yenidən normal nəfəs almaqdan böyük xoşbəxtlik ola bilməz.”

Transplantasiya mütəxəssisləri də bu proqramın gedişatını dərin maraqla izləyirlər.
XS
SM
MD
LG