Accessibility links

Ağ Ev:Liviyada hücum terror aktı olub


Ağ Evin sözçüsü Cey Karninin açıqlamaları ABŞ-ın Milli Əks-Kəşfiyyat idarəsinin direktorunun Senat komissiyasına dedikləri ilə üst-üstə düşür

Ağ Ev bildirir ki, Liviyada Benqazidə ABŞ konsulluğa hücumunun terror aktı olduğu özü-özlüyündə aydındır.

Ağ Evin özçüsü Cey Karinin bu bəyanatı ABŞ-ın əks-kəşfiyyat idarəsinin direktorunun çərşənbə günü Senatın komissiyasına verdiyi açıqlama ilə üst-üstə düşür. Milli Əks-Kəşfiyyat Mərkəzinin direktoru Metyu Olsen konsulluğa hücumun terror əməliyyatı olduğunu bildirib və Əl-Qaidə, ya da Əl-Qaidə ilə əlaqəsi olan qrupların hücumda əli olduğunu deyib.

ABŞ Dövlət katibi Hillari Klintonun cümə axşamı günü Liviyada Amerika konsulluğuna hücumu Konqresdə qapalı iclas zamanı qanunvericilərlə müzakirə edəcəyi gözlənilir.

Bu arada, ABŞ Dövlət katibinin müavini Vilyams Börns keçən həftə Benqazidə Birləşmiş Ştatların konsulluğuna hücumu ölkə rəsmilərilə müzakirə etmək məqsədilə Liviyaya səfər edib.

Vilyams Börns hücum zamanı qətlə yetirilmiş ABŞ səfiri Kristofer Stivens və üç Amerika diplomatın xatirəsinə həsr edilmiş mərasimdə iştirak edəcək.

Röyters agentliyinin verdiyi məlumata görə, Liviyanın xarici işlər naziri Aşur Bin Xayyal ABŞ konsulluğuna hücuma görə bir daha üzrxahlıq edib və səfir Stivensin Liviyanın dostu olduğunu deyib.
XS
SM
MD
LG