Birləşmiş Ştatlar xəbərdarlıq edib ki, Liviya lideri Müəmmar Qəzzafinin ölkədə üsyançılara qarşı hücumy Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə bilər. ABŞ Dövlət katibinin yardımçısı Vilyam Börns Senatın xarici əlaqələr komitəsində qanunvercilərə deyib ki, cənab Qəzzafinin üsyançıların hərəkatını dəf etməsinin ciddi riskləri var. Börns deyib ki, buraya cənab Qəzzafinin yenidən terrorizm və zorakı ekstremizmdən istifadə etməsi kimi risklər adxildir. Liviyada Qəzzafi tərəfdarı qüvvələr üsyançıların istinadgahlarına hücuma keçir.