Accessibility links

ABŞ qanunvericilərinin Ukraynaya yardımla bağlı danışıqlar aparmaq üçün vaxtı azalır


ABŞ qanunvericilərinin Ukraynaya yardımla bağlı danışıqlar aparmaq üçün vaxtı azalır
please wait

No media source currently available

0:00 0:02:46 0:00

ABŞ qanunvericiləri qış tətilindən öncə Ukrayna və İsrailə milyardlarla dollar yardım çatdırmağa çalışırlar.

Ukraynada qar yağır və Ukrayna qoşunlar növbəti dəfə ağır döyüşlərin getdiyi qışa hazırlaşdığı bir vaxtda, Ukraynanın Rusiyanın aqressiyasına qarşı mübarizəsi üçün vacib olan yardım ABŞ Konqresində təhlükə altındadır.

​“Həftələrdir, uzun həftələrdir, bir neçə Respublikaçı təhlükəli şəkildə Ukraynanı - və Qərbdə demokratiyaya dəstəyimizi tarixin bizi xatırlayacağı əsas məsələyə çevirməyi - sərt sərhəd siyasətini təsdiqləmək şərtindən asılı hala çevirməyə cəhd edir, ” Senatın çoxluq lideri Çak Şumer deyib.

Ağ Ev milli təhlükəsizliyin maliyyələşdirilməsi üçün 106 milyard dollar pul tələb edib ki, buna Ukrayna üçün 60, İsrail üçün də təxminən 14 milyard dollar daxildir. Seantda Respublikaçıların çoxu bu yardımı dəstəkləsə də, onlar əvəzində sərhəd təhlükəsizliyi üçün milyardlarla dollar maliyyə tələb edir.

“Mən prezidentin bizim fəlakətli cənub sərhədi vəziyyətimizi həll etmək üçün etibarlı səylər olmadan bu qanun layihəsinin olmayacağını anlamasından əmin olmaq üçün ötən həftə ona zəng etdim. Ümid edirəm ki, bunu vurğulaya bildim, çünki mən bizim tərəfdə bu qanun layihəsinin ən həvəsli tərəfdarı olduğumu düşünürəm,” Senatın azlıq lideri mitç Makkonnel deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, ABŞ Konqresində yardım paketinin təsdiqlənməsi Ukraynanın beynəlxalq cəbhədə ehtiyacı olan əsas üç qələbədən biridir.

“Bu problemdir – bu, asan deyil,” o deyib.

Ancaq ABŞ qanunvericilərinin bayram tətilindən öncə bir neçə həftələri qalıb və Ağ Ev deyir ki, Ukraynaya göndərilən yardım artıq təlhükəli dərəcədə azalıb.

“Biz bu rəqəmləri uydurmadıq. Bu, bizim tərəfdaşlarımızın önümüzdəki aylarda ehtiyacları olduğunu dediklərinə müvafiq olaraq hazırlanıb. Və hər iki vaxt daralır,” Milli Təhlükəsizlik Şurasından Con Kirbi deyir.

Bir çox Respublikaçı daxili ehtiyacların çox olduğu halda yardımın davam etdirilməsi ilə bağlı narahatlığını ifadə edib. Bir analitik Amerikanın Səsinə bildirib ki, Ukraynaya yardımla bağlı debatı daxili siyasi narahatlıqlardan ayırmaq mümkün deyil.

“Ukraynaya yardımın tənqidçilərindən bəziləri deyə bilər ki, “Bəli, Ukrayna vacibdir və ya Ukrayna problemdədir. Amma bizim çoxlu daxili ehtiyaclarımız var, bizdə yoxsulluq var, sərhəd problemləri var, bizdə -başqa milli problemlər var. Ona görə də biz pulu ona xərcləməliyik.’ Və məncə bu yanlış dixotomiyadır. Böyük bir ölkə eyni anda iki və ya ikidən çox işi görə bilər,” Corc Vaşinqton Universitetindən Kolin Kleri deyib.

Ukraynaya yardımın əleyhinə çıxanların sayı Respublikaçıların çoxluq təşkil etdiyi ABŞ Nümayəndələr Palatasında daha çoxdur. Ancaq Nümayəndələr Palatasının spikeri Mayk Conson qanun layihəsinin təsdiqlənəcəyinə əmin olduğunu deyir.

Forum

XS
SM
MD
LG