Accessibility links

İslam Dövlətinin amerikalı üzvü hədələrə başlayıb


Birləşmiş Ştatların kəşfiyyat rəsmiləri İslam Dövləti terrorçu qrupunun amerikalı üzvünün təhdidlərinə ehtiyatla yanaşır.

Əbu İbrahim Əl-Ameriki "bazar günü Texasda həyata keçirilən hücum yalnız başlanğıcdır" deyə, JustPaste it. adlı bloqunda yazıb. O, 15 ştatda onlarla döyüşçünün müxtəlif mövqeləri hədəf aldıqlarını iddia edir.

Əl-Ameriki onu da yazıb ki, Texasın Qarlend şəhərindəki hücum Amerika Azadlığın Müdafiəsi Təşəbbüsü Təşkilatının maliyyələşdirdiyi müsabiqənin keçirildiyi binaya nəzərdə tutulmuşdu.

Amerika Azadlığın Müdafiəsi Təşəbbüsü Təşkilatı həmin binada Məhəmməd peyğəmbərin karikaturası müsabiqəsinə dair konfrans keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG