Accessibility links

ABŞ İran rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib


İranın Bəsic müqavimət qüvvələri
İranın Bəsic müqavimət qüvvələri

Birləşmiş Ştatlar Məhsa Əmininin polis nəzarətində ölməsi ilə alovlanan etiraz aksiyalarının qəddarcasına yatırılması səbəbindən çərşənbə günü baş prokuror və ordu başçıları da daxil olmaqla, İran rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.

ABŞ Maliyyə Nazirliyi verdiyi açıqlamasında İranın baş prokuroru Məhəmməd Müntəzirinin sentyabr ayında məhkəmələrə etirazlar zamanı həbs olunanların çoxuna ağır cəzalar verilməsinə göstəriş verməkdə ittiham etdiyini və ona qarşı sanksiyalar tətbiq etdiyini bildirib.

Maliyyə Nazirliyinin verdiyi məlumata görə, siyahıya İranın hüquq-mühafizə qüvvələri üçün ləvazimatlar, eləcə də izdihamı yatırmaq üçün istifadə edilən zirehli maşınlar istehsal edən "İmen Sanat Zaman Fara" şirkəti də daxil edilib.

Vaşinqton, həmçinin İranın Bəsic müqavimət qüvvələrinin iki yüksək rütbəli məmuruna və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki rəsmisinə sanksiya tətbiq edib.

Bu, sentyabr ayında əxlaq polisinin nəzarətində olan gənc kürd Əmininin ölümü ilə alovlanan iğtişaşların İran tərəfindən yatırılmasına görə Vaşinqtonun bu ölkənin rəsmilərinə qarşı tətbiq etdiyi yeni sanksiyaların sonuncusudur.

Bütün təbəqələrdən olan iranlıların etirazları 1979-cu il İslam İnqilabından sonra hakim teokratiyaya qarşı ən cəsarətli çağırışlardan birini olub. İran Qərb güclərini təhlükəsizlik qüvvələrinin ölümcül zorakılıqla qarşıladığı iğtişaşları qızışdırmaqda ittiham edib.

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri də bu yaxınlarda İranın din xadimləri, yüksək vəzifəli məmurları və dövlətə məxsus kütləvi informasiya vasitələrinin rəhbərlərinə qarşı etirazçılara qarşı qəddar repressiyalarla əlaqədar, eləcə də Rusiyanı Ukrayna müharibəsində istifadə etdiyi partlayıcı dronlarla təchiz etməkdə əli olduğundan şübhəlilənilən ekspertlərə qarşı yeni sanksiyalar tətbiq edib.

Nazirlər 20 nəfərin Avropaya səyahətinə qadağalar qoyub və onların aktivlərini dondurub. Onlar həmçinin İran İslam Respublikası yayım şirkətinin aktivlərini donduraraq, bu media orqanının "İrandakı son nümayişlərə zorakı cavabın ruporu" olduğunu bildirib.

Avropa İtifaqı nazirləri bəyanatda İranı "etirazçılara qarşı edam hökmlərinin çıxarılması və icra edilməsi kimi kəskin şəkildə pislənilən təcrübəyə dərhal son qoymağa, eləcə də artıq elan edilmiş edam hökmlərini təxirə salmağa" çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG