Accessibility links

Amerika Milad bayramına hazırlaşır [Video]


Amerika Milad bayramına hazırlaşır
please wait

No media source currently available

0:00 0:02:18 0:00

İlin ən böyük bayram mövsümü özünün dekorasiyaları və şənlikləri vüsət alıb. Şəhərlər, ictimai binalar və xüsusilə də evlərin çoxu yolkalar, çılçıraqlar, oyuncaqlar, Santalar və digər bayram dekorasiyaları ilə bəzədilib. Bütün bu dekorasiyalar arasında isə çılçıraqlar ən vacibidir.

Milad yolkaları Birləşmiş Ştatlar boyu artıq bir neçə həftədir bəzədilib. Lakin hazırda bu çılçıraqlara yəhudilərin Hanuka bayramı şamdanları – Menoraları da əlavə edilib. Bəzi amerikalılar üçün əsl bayram evlərinin qarşısını bəzəmələri olur.

Bu, İndiana ştatının Nyu-Albani sakini həyətini bəzəmək üçün 3 min 500 dollar xərcləyib və bu, bütün məhəllənin sevincinə səbəb olub. Mişel Purdo: “Mən bunu sevirəm. Mənözümdən çox başqalarının sevinməsini istəyirəm. Mənim xasiyyətim belədir.”

Qonşular çox vaxt rəqabətə girir. Nyu-Yirk ştatındakı evin ətrafı isə 215 min işıq, onlarla şimal maralı, yolkalar, Santalar və ənənəvi bayram dekorasiyaları ilıə bəzədilib. Lakin Texas ştatının San-Antonio şəhərindəki ev isə “Star Wars” mövzusu və musiqisi ilə bəzədilib.

Şəxsi evlər bəzədilərkən ənənəvi dekorasiyalara yeni ideyalar da əlavə edilir. Kolorado ştatında yaşayan bu qadın evini mindən çox Santa ilə bəzəyib. Beləlikllə, ənənəvi rənglər və materiallar yeniləri ilə əvəz edilir. Aleksis Behan: “Bu il daha çox bürünc və gümüşü rənglərə üstünlük verilib. Qarışıq ideyalar da çoxdur.”

Məktəblər, bizneslər və təşkilatlar bu imkana istifadə edərək problemlər və onların aradan qaldırılması üçün firsət kimi baxır.

Kaliforniyanın San-Hose şəhərindəki yolkalarda sosial və ictimai xarakterli dekorasiyalardan çox dini mövzulara üstünlük verib. “Milad bayramı İsa Məsihin doğum günü və bizə etdikləri deməkdir” deyə, San-Hose sakini bildirir.

Lakin təşkilatçılar deyirlər ki, dekorasiyalar vulqar və ya ayrı-seçkilik xarakterli deyilsə, qəbul edilə bilər.

Milad bayramına hələ bir az vaxt qalsa da, Nyu-York şəhəri Yeni İl bayramına demək olar ki, hazırdır. 2018-ci ilin son qədiqələrinin sayılması üçün şəhərə gətirilən 200 işıq sınaqdan çıxarılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG