ABŞ prezidenti Barak Obama gələn həftə Fransa prezidenti Nikola Sarkozini Ağ Evdə qəbul edəcək. Liderlər xarici siyasət və təhlükəsizlik sahələrində bir sıra məsələləri müzakirə edəcəklər. Ağ Ev bildirir ki, prezident Obama prezident Nikola Sarkozi ilə iqtisadiyyatın qlobal səviyyədə bərpası və iş yerlərinin yaradılması məsələləri üzərində işləməyə hazırdır. Fransa 2011-ci ildə dünyanın sənayesi inkişaf etmiş Böyük Səkkizlər və Böyük 20-lər qruplarında prezidentliyi icra etməyə başlayır. ABŞ və Fransa prezidentlərinin görüşü yanvar ayının 10-da baş tutacaq.