ABŞ prezidenti Barak Obama deyib ki, Birləşmiş Ştatlar Misirdə nəyin baş verəcəyini gözləyir. Cənab Obama bu açıqlamaları Miçiqan ştatında verib. Ağ Evin mətbuat katibi deyib ki, administrasiya rəsmiləri olduqca dəyişkən vəziyyəti diqqətlə izləyir. Gibbsin sözlərinə görə, Birləşmiş Ştatlar Misirdə azad və ədalətli seçkilər üçün keçidin olmasını gözləyir. O, Misir xalqının böyük dəyikşikliklər gözlədiyini bildirib.
Obama Mübarək tərəfdarları ilə nümajişçilər arasında zorakılıqları pisləyib. Bundan öncə ABŞ prezidenti Barak Obama Misir prezidenti Hüsnü Mübarəki dərhal hakimiyyətin keçidi prosesinə başlamağa çağırıb. Cənab Obama deyib ki, Misrin gələcəyi Misir xalqı tərəfindən müəyyən edilməlidir. Onun sözlərinə görə, dünya Misirdə baş verən hadisələri izləyir və hazırkı vəziyyət bir imkana çevriləmlidir.