Accessibility links

ABŞ-da iyun ayında istehlak qiymətləri bir il əvvəllə müqayisədə 9,1% artıb


ABŞ hökumətinin çərşənbə günü verdiyi məlumata görə, istehlak qiymətləri iyun ayında bir il əvvəllə müqayisədə 9,1% artıb və hələ də artmaqdadır. Bu, son 40 ildə ən sürətli artımdır.

Əmək Statistikası Bürosu may ayı ilə müqayisədə iyun ayında qiymətlərin 1,3% artdığını bildirib. Bu rəqəm də əvvəlki aylar milyonlarla amerikalı ailənin ərzaq, benzin və mənzil büdcəsindəki artımlardan sonra böyük sıçrayış hesab olunur.

May ayından iyun ayına qədər olan ən böyük artım enerji indeksində 7,5% olub və bu inflyasiyanın ümumi artımının təxminən yarısını təşkil edib. Yanacaq, neft, benzin və elektrik enerjisinin qiymətlərini əhatə edən enerji indeksi il ərzində 41,6% artıb ki, bu da 1980-ci ilin aprelindən bəri 12 aylıq ən böyük artımdır.

İyun ayında benzinin qiyməti 11,2% bahalaşıb ki, bu da Rusiyanın Ukraynaya hücumu nəticəsində dünya bazarında neftin qiymətlərinin təsirindən irəli gəlib.

Benzin qiymətindən başqa əksər amerikalı ailələri ən çox ərzaq xərclərinin artması narahat edir. Belə ki, iyun ayında may ayı ilə müqayisədə ərzaq qiymətləri 1%, bir il əvvəllə müqayisədə 10,4% artıb. Bu da 1981-ci ilin fevralından bəri ən böyük illik artımdır.

XS
SM
MD
LG