ABŞ qanunvericisi Entoni Vinerin (Antony Weiner) internetdə seksual qalmaqalla əlaqədar Nümayəndələr Palatasından istefa verdiyini elan edib. Nyu-York ştatından demokrat nümayəndə istefasını bu gün elan edərək yol verdiyi səhvlərə görə üzr istəyib. Bu gün bundan öncə Nümayəndələr Palatasında azlıqda olan demokratların lideri Nensi Pelozi və spiker Con Beyner deyiblər ki, qalmaqal Konqresdə diqqətin lazımi məsələlərdən yayınmasına səbəb olub. Viner son üç il ərzində internetdə altı qadına öz şəkillərini və açıq məzmunlu mesajlar göndərdiyini etiraf edib.
ABŞ konqresmeni seksual qalmaqalla əlaqədar istefasını elan etdi (YENİLƏNİB)
- Amerikanın səsi