Accessibility links

ABŞ Konqresi müvəqqəti büdcə layihəsini təsdiqləyib


Senatın azlıq lideri Mitç Makkonnel. 6 noyabr, 2023. Vaşinqton.
Senatın azlıq lideri Mitç Makkonnel. 6 noyabr, 2023. Vaşinqton.

Konqres çərşənbə günü müvəqqəti hökuməti maliyyələşdirmə paketini yekun şəkildə təsdiqləyərək, federal büdcə ilə bağlı qarşıdurmanı yeni ilədək təxirə salıb və hökumətin bağlanma təhlükəsini bayramlardan sonraya ertələyib.

Senat qanun layihəsini qəbul etmək üçün gecə bir araya gəlib və 87-11 səs fərqi ilə təsdiqləyərək onu imzalaması üçün Prezident Co Baydenə göndərib. Qanun layihəsi yeni ilədək hökuməti maliyyələşdirəcək. O zaman isə Nümayəndələr Palatası və Senat büdcə səviyyəsi ilə bağlı nəzərəçarpan fikir ayrılıqlarını aradan qaldırmalı olacaq.

Bu arada qanun layihəsi maliyyə bitmədən günlər öncə hökumətin bağlanması təhlükəsini aradan qaldırır.

“Bu cümə günü hökumət bağlanmayacaq,” Senatın çoxluq lideri Çak Şumeri yekun səsvermədən öncə deyib.

Büdcə paketi uzunmüddətli büdcə layihəsi üzərində danışıqlar gedənədək hökumətin maliyyələşdirilməsini təxminən iki ay boyunca hazırkı səviyyədə saxlayacaq.

“Hər kəs səs verməyə və başqa bir gün mübarizə aparmağa hazırdır,” Respublikaçı Con Tun çərşənbə günü səsvermədən öncə deyib.

Büdcə layihəsinə Ağ Evin İsrail və Ukrayna üçün təxminən 106 milyar dollarlıq yardım paketi, habelə fələstinlilər və başqa yardımlar üçün humanitar maliyyə daxil deyil.

Çak Şumer büdcə layihəsini “mükəmməldən uzaq” adlandırıb, amma deyib ki, o, hökumətin bağlanmasının qarşısnı aldığında görə, onu dəstəkləyəcək.

Forum

XS
SM
MD
LG