Accessibility links

Kolorado ştatındakı kino-teatra silahlı hücum edən şəxs günahını etiraf edib


Kolorado ştatındakı kino-teatrda silahlı hücum həyata keçirməklə ittiham edilən Ceyms Holmsun vəkilləri edam edilməmək və ömürlük həbs cəzasına məhkum edilmək üçün müştərisinin günahkar olduğunu etiraf etdiyini deyib. Holmsun vəkilləri bu qərarı çərşənbə axşamı açıqlayıb. Lakin Holmsun edam edilib-edilməyəcəyi qərarı prokurorlardan asılıdır.

Holms keçən ilin iyul ayında "The Dark Knight Rises" filminin nümayiş etdirildiyi kino-teatra girərək, əvvəlcə oraya qazla dolu kanistr atmış, sonra insanları güllə atəşinə tutmuşdu. Hadisə zamanı 12 nəfər ölmüş, 58 nəfər yaralanmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG