Accessibility links

Dövlət katibi Klinton Birma hökumətini Şimali Koreya ilə hərbi əlaqələri kəsməyə çağırıb


Dövlət katibi Klinton Birma hökumətini Şimali Koreya ilə hərbi əlaqələri kəsməyə çağırıb
Dövlət katibi Klinton Birma hökumətini Şimali Koreya ilə hərbi əlaqələri kəsməyə çağırıb

ABŞ Dövlət katibi Hillari Klinton Birmanı Şimali Koreya ilə qanunsuz hərbi əlaqələri kəsməyə çağırıb və Birləşmiş Ştatların tətbiq etdiyi sanksiyaların qaldırılması üçün görüləsi işlərin çox olduğunu deyib.

Birmaya səfər edən xanım Klinton qeyd edib ki, hökumət Birləşmiş Ştatlarla münasibətlərin yaxşılaşdırılması üçün nüvə silahlarının yayılmamasına dair beynəlxalq mövqeyə hörmət etməlidir. O habelə Birma hökumətini siyasi məhbusları azad etməyə və etnik zorakılıqlara son qoymağa çağırıb.

Bununla belə ABŞ dövlət katibi BMT-nin səhiyyə proqramları, nartkotik maddələrin alverinə qarşı mübarizə və iqtisadi proqramlar daxil olmaqla Birma hökuməti ilə münasibətlərin yaxşılaşdırılması məqsədilə müəyyən təşəbbüsləri açıqlayıb.

Xanım Klinton Birma prezidenti Tein Seynlə görüş keçirib və deyib ki, onun ölkəsi islahatlar aparsa, Birləşmiş Ştatlar sanksiyaların yüngünlləşdirilməsini nəzərdən keçirəcək.

ABŞ Dövlət katibi demokratiya tərəfdarı lideri Aunq San Su Çi ilə danışıqlar aparmaq üçün Ranquna gedəcək.

Hillari Klinton Birmaya son 50 ildə səfər edən ilk ABŞ Dövlət katibidir.

XS
SM
MD
LG