Accessibility links

Vaşinqton və Çin arasında ticarət mübahisələri güclənir


Tərəflər bir-birinə narazılıqlarını çatdırıb

Birləşmiş Ştatlar və Çin arasında ticarət mübahisələri getdikcə daha güclənir. Vaşinqton Çində istehsal edilmiş avtobillər ehtiyat hissələrilə bağlı şikayət edir, Pekin is ABŞ-ın yeni tariff qanunundan narazılığını bildirir.

Çin Birləşmiş Ştatları maşın təkərləri və mətbəx avadanlığı daxil olmaqla, 30 adda məhsula ədalətsiz şəkildə tarifləri qaldırmaqda ittiham edərək Ümumdünya Ticarət Təşkilatına müraciət edib.

Pekin bu addımı ABŞ-ın ticarət nümayəndəsinin Çinin avtomobil sənayesinə iddia edildiyi kimi ədalətsiz hökumət subsidiyaları ilə bağlı şikayət etdikdən sonra atıb.

ABŞ prezidenti Barak Obamanın seçki kampaniyası apardığı Ohayo ştatında məsələni müzakirə edəcəyi gözlənilir.

Amerika avtomobil sənayesi işçilərinin yaşadığı Ohayo cənab Obama və onun respublikaçı rəqibi Mİtt Romni arasında prezident uğrunda mübarizədə mühüm siyasi rola malik bir ştatdır.

Demokratlar və respublikaçılar bir-birini Çinlə razılaşmalarda ABŞ-da iş yerlərinin qorunması məsələsinə diqqət verməməkdə ittiham edir.

ABŞ-ın 350 milyard dəyərində avtomobil sənayesində 800 mindən artıq insan çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG