ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) cümə axşamı yaydığı bəyanatda deyilib ki, ABŞ qüvvələri yanvarın 28-də Ərəb dənizində İrandan Yəmənin husilərin nəzarətində olan ərazyə gedən bir gəmidə müasir silahlar və sursatlar ələ keçirib.
Gəmidə ortamənzilli ballistik raket komponentləri, partlayıcı maddələr, pilotsuz sualtı/yerüstü aparat (UUV/USV) komponentləri, hərbi təyinatlı rabitə və şəbəkə avadanlığı, tank əleyhinə idarə olunan raket buraxılış qurğuları və digər hərbi komponentlərdən ibarət 200-dən çox bağlama aşkar edildiyi bildirilib.
CENTCOM-un komandanı Maykl Erik Kurilla "İranın husilərə müasir silah tədarükü beynəlxalq gəmiçiliyin təhlükəsizliyinə və ticarətin azad axınına zərər vurmaqda davam edir" deyib.
Yəməndəki husi militantları İsrailin Qəzzada hərbi əməliyyatlarına qarşı fələstinlilərlə həmrəylik nümayiş etdirdiklərini bildirərək, noyabrın ortalarından bəri beynəlxalq ticarət gəmiçiliyinə qarşı dəfələrlə pilotsuz təyyarələr və raketlərlə hücumlar həyata keçirib.
Forum