Accessibility links

Donald Tramp Kanada ilə ticarət müharibəsindən çəkinmədiyini bəyan edib


Birləşmiş Ştatlar prezidenti Donald Tramp Kanada ilə taxta-şalban və süd məmulatları ilə bağlı narazılıqlardan sonra bu ölkə ilə ticarət müharibəsindən çəkinmədiyini bəyan edib.

Administrasiya Kanadadan idxal olunan taxta-şalban materiallarına orta hesabla 20 faiz tarif qoyub. Prezident eyni zamanda Kanadanın süd məmulatları sənayesinin qorunması sahəsində də növbəti addımlar atacağına söz verib.

İnsanlar Kanadanın Birləşmiş Ştatlara qarşı çox kobud davrandığını başa düşmür

Cənab Tramp məsələni Ağ Evdə Amerika fermerləri ilə görüşü zamanı müzakirəni edib. "İnsanlar Kanadanın Birləşmiş Ştatlara qarşı çox kobud davrandığını başa düşmür. Kanada gözəl ölkədir və mən də bu ölkəni sevirəm. Lakin onlar uzun illərdir bizim siyasətçilərə kələk gəlib və insanlar bunu başa düşməlidir" deyə, prezident bildirib.

Birləşmiş Ştatlar və Kanada dünyanın iki ən böyük ticarət partnyorudur və taxta-şalban sənayesində mübahisələrin kökü demək olar ki, iki əsr bunedan əvvəl gedib çıxır.

Kanadanın baş naziri Castin Trudo ölkəsini Tramp administrasiyasının addımlarından qoruyacağına söz verib.

Çərşənbə axşamı prezident Trampla telefon söhbəti zamanı cənab Trudo irəli sürülən iddiaları əsassız adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG