Accessibility links

Diaspor üzvləri ABŞ-ın Dağlıq Qarabağa birbaşa maliyyə yardımı ayırmaması üçün kampaniya aparır


Diaspor üzvləri ABŞ-ın Dağlıq Qarabağa birbaşa maliyyə yardımı ayırmaması üçün kampaniya aparır
Diaspor üzvləri ABŞ-ın Dağlıq Qarabağa birbaşa maliyyə yardımı ayırmaması üçün kampaniya aparır

Amerikada yaşayan azərbaycanlılar artıq dördüncü ildir intensiv şəkildə Konqresə məktub ünvanlama kampaniyası aparır. Hər ilin əvvəli həmvətənlərimiz 20 Yanvar, Xocalı və Sumqayıt hadisələrinin ildönümü ərəfəsində Amerika qanunvericiləri ilə yanaşı, media və ictimaiyyət nümayəndələrinə məktublar göndərir. İcma üzvlərimiz yerli və federal qanunvericilərdən cavablar alır.

Bu günlər Amerikada yaşayan azərbaycanlıların şəbəkəsi USAN Konqresə ABŞ-ın 2012-ci il üçün xarici yardımları ilə əlaqədar məktublar göndərərək, daha bir kampaniya aparır.

1998-ci ildə Konqres rəsmi Bakının etirazlarına baxmayaraq, Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionuna birbaşa maliyyə yardımı göndərməyə başlayıb. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək, dünyada başqa heç bir dövlət Dağlıq Qarabağa maliyyə yardımı ayırmır.

Amerikalı azərbaycanlılar Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasına kömək edən bu birbaşa maliyyə yardımına qəti etirazını bildirir. Həmvətənlərimiz öz etirazlarını Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi qarşısında çıxış edəcək Dövlət katibi Hillari Klintona çatdırmaq üçün ona məktub göndərib. Məktubda xanım Klintona ABŞ-ın regionda mühüm müttəfiqi olan Azərbaycanın etirazına baxmayaraq, hazırkı iqtisadi durumda Dağlıq Qarabağda hərbi rejimə maliyyə yardmının qarşısını necə almaq olar kimi sual verilir.

ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi USAN Dövlət katibi Klintonla yanaşı, Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin bütün üzvlərinə və onların Senatdakı həmkarlarına da məktub göndərib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG