Accessibility links

ABŞ İranın hələ də terrorun ən böyük sponsoru olduğunu deyir


Hizbullah qrupunun üzvləri
Hizbullah qrupunun üzvləri

ABŞ Dövlət Departamentinin terrorla bağlı 2022-ci il üzrə dekabrın 1-də açıqladığı hesabatında deyilib ki, İran qlobal terrorizmin aparıcı dövlət sponsorudur və Afrika, Asiya, Avropa və Amerikada terrorçuların cəlb edilməsi, maliyyələşdirilməsi və sui-qəsd planlaşdırılmasına dəstək verib.

Hesabatda İranın Vaşinqtonun 1997-ci ildə terror qruplaşması elan etdiyi Hizbullah-ı dəstəkləməyə davam etdiyi, həmçinin HƏMAS-ı və ABŞ-ın terrorçu qruplaşmalar siyahısına daxil etdiyi, İslami Cihad və Xalq Cəbhəsi də daxil olmaqla, fələstinli terror qruplaşmalarını silahla təmin etdiyi vurğulanıb.

"Qəzza və İordan çayının qərb sahilində törədilən çoxsaylı ölümcül hücumların arxasında bu qruplar dayanıb" - deyə, hesabatda bildirilib

Hesabatda deyilib ki, Tehran həmçinin regionda qeyri-sabitlik yaratmaq məqsədilə Bəhreyn, İraq və Suriyadakı ekstremist qruplara və terror təşkilatlarına İslam İnqilabı Keşikçiləri Korpusunun Quds Qüvvələri (SEPAH) vasitəsilə dəstək verib.

İran 2020-ci ilin yanvarında Quds qüvvələrinin komandiri Qasim Süleymaninin ölümünə cavab olaraq, Birləşmiş Ştatlara və keçmiş ABŞ rəsmilərinə qarşı hücumları getdikcə daha çox artırıb.

ABŞ Ədliyyə Nazirliyi 2022-ci ildə Quds Qüvvələrinin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona qarşı sui-qəsd planını pozduğunu və qətli planlaşdırmaqda ittiham olunan bir iranlını həbs etdiyini açıqlayıb.

Hesabatda 2021-ci ilin avqustunda ABŞ-ın rəhbərlik etdiyi qüvvələrin çıxarılmasından sonra Əfqanıstandakı Taliban hökumətinin ekstremistlərin onun ölkəsindən ABŞ və onun müttəfiqlərinə qarşı hücumlar həyata keçirməsinin qarşısını almağı öhdəsinə götürməsinə baxmayaraq, 2022-ci ildə də Əl-Qaidə, İslam Dövləti və digər regional terror qruplaşmalarının fəallığını davam etdiyi bildirilib.

Hesabatda deyilib ki, Talibanın Əl-Qaidə, İslam Dövləti-Xorasan-ın parçalanması və ya Təhrik-i Taliban Pakistan (TTP) ünsürlərinin Əfqanıstan ərazisindən xarici əməliyyatlar keçirməsinə mane olmaq imkanları "qeyri-müəyyən olaraq qalır".

İslam Dövləti-Xorasan 2022-ci ildə xüsusilə də şiə icmasının üzvləri olmaqla, Taliban və Əfqanıstanın mülki əhalisinə terror hücumları, eləcə də Pakistan, Tacikistan və Özbəkistanda sərhədyanı hücumlar həyata keçirməyə davam edib.

Hesabatda "Birləşmiş Ştatların Talibanı və ya hər hansı digər qurumu Əfqanıstan hökuməti kimi tanıyıb-tanımamaq barədə hələ qərar vermədiyi və Talibanın Əl-Qaidə lideri Ayman Əl-Zəvahrinin keçən ilin iyul ayında ABŞ-ın hava hücumu nəticəsində ölümündən əvvəl ona Kabildə sığınacaq verdiyi bildirilib.

Forum

XS
SM
MD
LG