Hüquq müdafiəçilərinin bildirdiyinə görə, İranın təhlükəsizlik qüvvələri tədqiqatçı alim Aydin Muradxanini Urmiyədə nəzarət altına alıblar.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, Muradxani martın 25-də tutulub və hazırda harada saxlanıldığına dair məlumat yoxdur.
Məmurlar onun kompüter, telefon, qatıldığı elmi müsabiqələrdə aldığı medallar və bir sıra şəxsi əşyasını müsadirə ediblər.
HRA-nın xəbərinə görə, “Muradxani ailəsi oğlunun durumunu öyrənmək məqsədi ilə əlaqədar qurumlara müraciət etdikdən sonra onun atası şənbə günü kəşfiyyat idarəsinin informasiya qərargahına çağırılaraq sorğu-sual edilib. Ailəyə yaxın bir mənbə bildirib ki, məmurlar ata Muradxanidən oğlunun ələqədə olduğu şəxslərlə bağlı suallar soruşublar.”
Aydın Muradxaninin hansı səbəblərə görə nəzarət altına alındığı bəlli deyil.