Accessibility links

Urmiyə şəhərinin bələdiyyə başqanı həbs edilib


Məhəmməd Həzrətpur
Məhəmməd Həzrətpur

İran Azərbaycanının Urmiyə şəhərinin bələdiyyə başqanı Məhəmməd Həzrətpur təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bu barədə Mehr xəbər agentliyinin yaydığı məlumatda bildirilir.

Məhəmməd Həzrətpurun həbsinin səbəbləri barədə hələlik heç bir məlumat yayılmayıb, ancaq onun korrupsiya ittihamı ilə əlaqədar nəzarət altına alındığı güman edilir.

İRNA xəbər agentliyinin məlumatına əsasən, şəhər məclisinin bir üzvü Urmiyə bələdiyyə başqanının həbs edilməsi haqda məlumatı təsdiq edib.

Keçən il İRNA xəbər agentliyi Urmiyə Bələdiyyəsində 7 müdir, mütəxəssis və vasitəçinin tutularaq məhkəmə orqanlarına təhvil verildiyi barədə məlumat yaymışdı.

Həmçinin 2020-ci ildə Qərbi Azərbaycan vilayətinin digər şəhərlərindən biri olan Mahabad şəhərinin də şəhər məclisi ləğv edilib.

Mahabadın ümumi və inqilab prokuroru bu şəhərin bələdiyyə və şəhər məclisinin korrupsiya iddiası ilə bağlı 20 nəfərdən çox şəxsin həbs edilməsini bildirib. Onun dediklərinə görə, həbs edilənlərin 6-sı Mahabad şəhərinin şəhər məclisinin üzvləridir.

Son günlər ərzində İran Azərbaycanın Şərqi Azərbaycan vilayətinin Marağa şəhərinin bələdiyyə başqanının da korrupsiya ittihamı ilə əlaqədar həbs edildiyi bildirilib.

Keçən il ərzində İran Azərbaycanının bir neçə şəhərində o cümlədən, Təbriz, Zəncan, Marağa, Urmiyə, Mahabad və Tufarqan (Azərşəhr) şəhərlərində bir çox sayda bələdiyyə rəsmisi və şəhər məclisi üzvləri korrupsiya ittihamı ilə əlaqədar həbs edilib.

İranda şəhər məclisləri və bələdiyyə rəsmiləri arasında rüşvət və korrupsiya xəbərləri və bu qurumların üzvlərinin həbs edilmə xəbəri son illərdə daha sıx bir şəkildə yayımlanır.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG