Accessibility links

Urmiyədə maaşını ala bilməyən bir qrup işçi piket keçirib


İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyədə bir neçə aydır maaş və başqa ödənişlərini ala bilməyən bir qrup işçi piket keçirib.

İLNA xəbər agentliyinin (Iranian Labour News Agency) məlumatına görə, Azarkam adlı meyvə məhsulları zavodunun bəzi işçiləri şirkətin binası önündə toplaşaraq gecikmiş maaş və ödənişlərini tələb ediblər.

“İşçilər deyir ki, xoşbəxtlikdən zavodun bəzi məhsulları əvvəlcədən satılır. Lakin bu satışlardan gələn qazancın haraya getdiyi bizə naməlumdur,” agentlik qeyd edib.

İşçilər bir neçə aylıq maaş və bəzi başqa ödənişlərini tələb edir. Onlar keçən 5 ay ərzində bir neçə dəfə mitinq təşkil ediblər, ancaq şirkət rəsmilərindən qənaətbəxş bir cavab ala bilməyiblər.

Etiraz mitinqinə qatılan işçilər həmçinin deyib ki, “bəzi özəl sektorun işə götürənləri bayram günləri və pandemiya ilə bağlı tədbirlərə də əhəmiyyət vermirlər. Bu da işçilərin hüquqlarının pozulmasına səbəb olur.”

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG