Accessibility links

Urmiyə gölündə duzluluğun artması köçəri quşların hərəkətini məhdudlaşdırıb


Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi İdarəsinin Vəhşi Təbiəti Qoruma bölməsinin rəisi Ümid Yusifi Urmiyə gölündə suyun duzluluğunun artması və kristallaşma fenomeni səbəbindən dolayı köçəri quşların hərəkətinin məhdudlaşması haqda xəbərdarlıq verib.

Hal-hazırda Urmiyə gölündə suyun səviyyəsinin azalmasına görə qayıqların da hərəkəti məhdudlaşıb və nəticədə göldə əsir düşən quşları qurtarmaq mümkün deyil.

Onun sözlərinə görə, 2006-cı il ərzində göldə quş populyasiyası daha çox idi və nəticədə kristallaşma fenomeninə məruz qalan quşların da sayı çox olmuşdu.

“Həmin illərdə ətraf mühit sahəsində çalışanlar göldə hərəkəti məhdudlaşan quşları toplayıb, şirin suda yuyub və quşları sərbəst buraxırdılar ”- deyə, rəsmi bildirib.

Urmiyə gölündə suyun duzluluğunun artması, digər tərəfdən suyun səviyyəsinin azalmasından dolayı artıq köçəri quşlar göldə yuva qurmur.

Ətrafında milyonlarla insanın yaşadığı Urmiyə gölünün sahəsinin 1719 kvadrat kilometrə azaldığı barədə İSNA xəbər agentliyi məlumat yayıb. Həmin xəbərə görə, gölün su həcmi hazırda 2 milyard 420 milyon kubmetrdir, beləliklə keçən ilin statistikasına görə 2 milyard kubmetrdən artıq azalma maşahidə edilir.

Qərbi Azərbaycan vilayəti Urmiyə gölü kimi ekoloji böhranlarla üzləşdiyi durumda vilayətdə 5 köhnə şəkər çuğunduru fabrikası fəaliyyət göstərir və vilayətdə şəkər çuğunduru yetişdirilir.

Şəkər çuğunduru məhsulu yüksək su sərfiyyatı olan kənd təsərrüfatı məhsullarından biridir. Urmiyə vilayətinin televizasiyasına danışan Qərbi Azərbaycanın Kənd Təsərrüfatı Cihadı İdarəsinin rəhbəri Əkbər Kiraməti bu barədə izahat verərək, şəkər çuğundurunun vilayətdəki su probleminə uyğun standardlarla istehsal edildiyini iddia edib. O bildirib ki, şəkər çuğunduru məhusulunun böyük hissəsi vilayətin şimal və cənub bölgələrində yetişdirilir.

Hazırda Sulduz kənd təsərrüfatlarından 200 min ton şəkər çuğunduru yığılaraq birbaşa vilayətin şəkər zavodlarına göndərilib və bu proses davam edir.

İRNA xəbər agentliyində dərc edilən xəbərə görə, Sulduz (Nəğədə) Kənd Təsərrüfatı Cihadı İdarəsinin rəisi qeyd edib ki, Nəğədə fermer təsərrüfatlarında şəkər çuğunduru məhsulu ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG