Accessibility links

Urmiyədə 22 tələbə fəal sorğu-suala çağrılıb


Urmiyə Universiteti - 7 dekabr 2015
Urmiyə Universiteti - 7 dekabr 2015

İranda tələbə/öyrənci günü kimi qeyd edilən 7 dekabr münasibəti ilə Urmiyə Universiteti tələbələrinin təşkil etdiyi böyük tələbə toplantısı ardından 22 tələbə fəalın universitetin İntizam Komitəsində sorğu-sual edilməyə çağrıldığı bildirilir.

Amerikanın Səsinin əldə etdiyi məlumata istinadən İnzibatı Komitəyə çağrılan tələbələrin əksəriyyəti türk dil haqları fəallarından ibarətdir.

Urmiyə Universiteti
Urmiyə Universiteti

Yüzlər tələbənin qatıldığı və Oyan News veb səhifəsinə istinadən İslami İran Tələbələri Əncüməni tərəfindən keçirilən tədbirdə çıxış edən türk dil haqları fəalları həm islahatçı, həm də fundamentalist tələbə qruplarının qeyri-fars toplumlar ilə bağlı siyasətlərini kəskin tənqid ediblər.

Toplantıdan çəkilən videolara əsasən, güneyli tələbə fəallar mərasimdə “qeyri-fars millətlərin aşağılanması”, “ana dilində təhsil yasağı”, “türk kimliyinin təhrif edilməsi” və “Azərbaycan vilayətlərindəki yoxsulluq və ədalətsizlik” kimi mövzuları gündəmə gətiriblər.

Urmiyə Universitetinin tələbəsi Ehsan Salmasi
Urmiyə Universitetinin tələbəsi Ehsan Salmasi

Toplantıda çıxış edən tələbə fəal Ehsan Salmasi İran prezidenti Həsən Ruhaninin Azərbaycan əhalisinə “içi boş vədlər” verdiyini söyləyib.

“Hansı dərdimizdən danışım? Azərbaycanın vəziyyətini anladan yoxsulluq, ədalətsizlik və mühacirət kimi açar sözlərdənmi, yoxsa türkləri assimlasiya istiqamətində fəaliyyət göstərin televizyanın təhqirlərindən mi? Yoxsa cənab Ruhaninin Urmiyə Gölünü canlandıracağ və Türk Dil Qurumu təsisinə dair içi boş vədlərindən? Sizlər bizim əsl adımızı belə dilinizə gətirmək istəmirsiniz, türkləri azəri ya azəridilli adlandıraraq aşağılayırsınız...,” deyə Ehsan Slmasi Urmiyə Universitetinin böyük zalında ifadə edib.

XS
SM
MD
LG