Accessibility links

Birləşmiş Ştatlarda "Əmək Günü" qeyd olunur


Birləşmiş Ştatlarda bazar ertəsi "Əmək Günü" qeyd olunur. Bu gündə rəsmi olaraq ölkədəki işçilər şərəfləndirilir, eyni zamanda yay mövsümünün qeyri-rəsmi sonu qeyd edilir.

Çoxları üç günlük həftəsonu tətilindən dərs ili başlamazdan əvvəl uşaqların istirahət etməsi üçün son fürsət kimi istifadə edir, bir çox mağazalar isə xüsusi bayram endirimləri elan edir.

Nəqliyyat Təhlükəsizliyi İdarəsi "Əmək Günü"ndə ölkənin hava limanlarında 17 milyon insanın yoxlanılacağını təxmin edir ki, bu da keçən illə müqayisədə 8% çoxdur. Avtomobillə səyahət edənlər üçün yanacaq qiymətləri keçən illə müqayisədə 10%-dən çox aşağıdır.

Bazar ertəsi ölkənin müxtəlif şəhər və qəsəbəsində 1882-ci ildə Nyu-Yorkda 10 min işçinin yürüş etdiyi paraddan gələn ənənəyə əsasən rəsmi bayram paradlar keçirilərək qeyd edilir.

1894-cü ildə Prezident Qrover Klivlend sentyabr ayının ilk bazar ertəsini Əmək Günü kimi təsis edən qanunu imzalayana qədər bu gün ölkədə milli bayram olaraq qeyd edilmirdi.

Forum

XS
SM
MD
LG