Accessibility links

“United Airlines”ın sərnişinə qarşı zorakılığı kəskin tənqid edilir [Video]


“United Airlines”ın sərnişinə qarşı zorakılığı kəskin tənqid edilir
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Birləşmiş Ştatların “United Airlines” təyyarəsindən sərnişinin zorla çıxarılarkən xəsarət aldığını göstərən videonun sosial şəbəkələrdə yayılmasından və bir neçə ölkə tərəfindən qınaqla qarşılanmasından sonra şirkətin səhmlərinin qiyməti 4 faizdən çox azalıb. Hava yolları təhlilçilərindən biri belə bir səriştəsizliyi heç vaxt görmədiyini və şirkətin sərnişindən qeyri-adekvat şəkildə üzr istədiyini bildirib.

Twitter, YouTube və televiziyada komediya proqramlarında bu mövzu geniş müzakirələrə səbəb olub. Çinin social mediasında bir neçə sərnişinin də United-lə pis təcrübəsi olduğu bildirilib.

“Dostluq səması” adlı videoda tənqid və sarkazm nümayiş etdirilib. “Sərnişinlərə Birləşmiş Xidmət” adlı şəkildə isə güclü silahlanmış polis zabitinı görmək olar. Həmçinin “United Airlines” şirkətinin reklamının televiziyada parodiyası qanqster filminin qəhrəmanının hədələri ilə nümayiş etdirilib.

Mobil telefon vasitəsilə çəkilmiş videoda sərnişinin polislə əlbəyaxasını görmək olur. United Airlines”ın rəsmiləri sərnişinin təhlükəsizlik məmurları ilə kobud davrandığını bildirib.

Hava yolları təhlilçilərinin dediyinə görə, United sərnişinlərə daha çox pul təklif etsəydi problemdən uzaq olardı. Təhlilçi Riçard Əbulafiya deyir ki, şirkətin səhmlərinin qiymətinin düşməsinə səbəb insidentə lazımi qiymət verməməsi, üzrxahlığının isə səmimi olmaması olub. “Əgər siz sərnişininizi social mediada üzü qanlı görürsünüzsə, siz üzr istəyərkən ehtiyatlı olmalı idiniz. Sizin üzrünüz ikimənalı idi.”

Daha ciddi üzrxahlıq çərşənbə axşamı United-in icraçı direktoru Oskar Munozdan gəldi. O, insidenti “dəhşətli “adlandıraraq, şirkətdə belə halların bir daha təkrar olunmayacağına söz verdi.

İnsidentdəki sərnişinin asiyalı olması ortaya çıxdıqdan sonra bəzi tənqidçilər sosial mediada hava yollarını fanatizmdə ittiham etdi. Əbulafiya deyir ki, United-ə qarşı bu ittihamlar onun Çin kimi böyük bazarlarda dəyərini azalda bilər. “Mən bu görüntülərin bu dərəcədə doğru olduğunu bilmirəm, bunun heç əhəmiyyəti də yoxdur. İnsanlar internetdə görmək istədiklərini görür.”

Təhlilçilər eləcə də, ağır iqtisadi vəziyyətə görə hava yolları şirkətlərinin bir yerə bir neçə bilet satmalı olduqlarını deyirlər.

Ağ Evin sözçüsü Şon Spayser insidenti uğursuz adlandırıb. “Bunun baş verdiyinə inanmaq olmur”.

Spayser hava yolları və yerli rəsmilərin məsələni nəzərdən keçirdiklərini, lakin federal rəsmilərin ayrılıqda istintaq aparacaqlarını düşünmədiyini deyib.

XS
SM
MD
LG