Accessibility links

UNICEF, yardım təşkilatları münaqişənin 10 illiyində suriyalılara daha çox humanitar yardıma çağırır


Birləşmiş Millətlər Təşkilatının uşaq agentliyi UNICEF-in verdiyi məlumata görə, on ili tamam olan Suriya münaqişəsində təxminən yarım milyon insan ölüb, təxminən 12 min uşaq həyatını itirib və ya yaralandığınıb. Münaqişə həmçinin İkinci Dünya Müharibəsindən bəri ən böyük qaçqın böhranı ilə nəticələnib. BMT-nin agentlikləri ilə yanaşı 35 yardım təşkilat Suriyada artan humanitar ehtiyacların qarşılanmadığı və uzun sürən münaqişəyə siyasi həll tapılmadığı təqdirdə yaşanan əziyyətlər və zərərin artması barədə xəbərdarlıq etmək üçün bir araya gəlib.

UNICEF-in Yaxın Şərq üzrə regional direktoru Ted Çayban bildirib ki, davam edən zorakılığın, iqtisadi böhranın və COVID-19-un Suriyadakı ailələri acınacaqlı vəziyyətə salıb. O, jurnalistlərə Suriyada 6 milyondan çox uşağın köməyə ehtiyacı olduğunu deyib. Bu, keçən ilə nisbətən 20% çoxdur, belə ki, çoxlarının əsas xidmətlər və qida əldə etmək imkanı yoxdur.

"Bu, Suriyadan olan hər bir uşağa sarsıdıcı təsir göstərən bir müharibə oldu. Bir ailənin orta hesabla həftəlik ərzaq səbətinin qiyməti son bir ildə 230% sışrayış edib. Hər üç məktəbdən biri zərər gördüyü, dağıldığı və ya məcbur köçkün olan ailələr üçün sığınacağa çevrildiyi üçün artıq istifadə oluna bilməz və ya bəzi hallarda hərbi məqsədlər üçün istifadə olunur” - deyə, Çayban qeyd edib.

Beynəlxalq Xilasetmə Komitəsi Suriyaya Yardım və İnkişaf qrupu, Care International, Save the Children və digər bir sıra təşkilatlara qoşularaq, beynəlxalq ictimaiyyəti böhrana son qoymaq üçün siyasi həll yolu üzərində iş davam etdirilərkən ölkədəki və qaçqınlara ev sahibliyi edən qonşu ölkələrdəki suriyalılara yardımların artırılmasına çağırıb. IRC-in Yaxın Şərqdə siyasət və maraqların müdafiəsi üzrə direktoru Misti Basvell Amerikanın Səsinə suriyalılara yardım edən 35 təşkilatın narahatlıqlarını izah edib.

"Biz daha çox ehtiyacı olan insanları görürük - indi 13 milyondan çox insanın humanitar yardıma ehtiyacı var, bu münaqişə başladığı vaxtdan bəri ən yüksək səviyyədədir - ancaq insanlar hər zamankından daha kəskin ehtiyacdadır", Basvell bildirib. "6 milyondan çox insan məcburi köçkündür. Çoxları evlərini dəfələrlə tərk etmək məcburiyyətində qalıb. Onların çətinliklərin öhdəsindən gəlmək qabiliyyəti həqiqətən məhdudlaşıb və 10 ildən sonra onların səbri son həddə çatıb" - deyə, o əlavə edib.


XS
SM
MD
LG