Accessibility links

UNCHR qaçqınların adalardan Yunanıstanın daxili ərazisinə köçürülməsinə çağırır


BMT-nin Qaçqınlar agentliyi Yunanıstan rəsmilərini adalarda ağır şəraitdə yaşayan minlərlə qaçqının vəziyyətinin yaxşılaşdırılması üçün onları ölkənin daxili ərazisinə köçürməyə çağırır.

Agentlik sığınacaq istəyən təxminən 6 min qaçqının oktyabr ayının ortalarında Yunanıstanın daxli ərazisinə yerləşdiyini bildirib. Lakin agentlik qeyd edir ki, 10 minə yaxın insan Lesbos, Çios və Samos adalarında dövlətə məxsus obyektlərdə olduqca ağır şəraitdə yaşamağa davam edir.

Qaçqınlar agentliyi qış mövsümünün başladığı zaman bu insanların dərhal ölkənin daxli ərazisinə yerləşdirilməli olduğunu bildirir. UNHCR-ın sözçüsü Sesil Poulli deyib ki, vaxt mühüm faktordur. Onun sözlərinə görə, insanlar adalardakı obyektlərin qış mövsümü soyuq hava şəraiti üçün münasib olmadığına görə əziyyət çəkəcək.

Lesbos adasında qaçqın düşərgəsi
Lesbos adasında qaçqın düşərgəsi

“Qəbul mərkəzləri və adalardakı obyektlərdə gərginlik gələnlərin sayının yay mövsümü artmağa başladığı vaxtdan yüksəlir. Bəzi hallarda yerli rəsmilər qəbul mərkəzlərində şəraitin yaxşılaşdırılması səylərinə etiraz edib”, o bildirib.

Qaçqınlar agentliyinin hesabatlarında iyul ayından Yunanıstanın Egey dənizindəki adalarına təxminən 20 min insanın gəldiyi bildirilir. Bu insanların 70 faizdən çoxu Suriya, İraq və Əfqanıstandan gəldiyi deyilir. UNHCR bildirir ki, gələn hər 10 nəfərdən dördü uşaqlardır.

Lesbos adasında qaçqınlar və miqrantların yerləşdiyi Moria düşərgəsi
Lesbos adasında qaçqınlar və miqrantların yerləşdiyi Moria düşərgəsi

Agentliyin sözçüsü Amerikanın Səsinə bildirib ki, Avropa İttifaqının qaçqınların müxtəlif üzv ölkələrə yerləşdirilməsi planları belə görünür dayandırılıb.

“Biz Avropa İttifaqı daxilində fövqəladə vəziyyətlərdən çıxış və dövlətlərin gələn insanları qəbul etməsinə kömək məqsədilə mexanizmin yaradılmasına çağırırıq”, o bildirib.

Sesil Poulli eyni zamanda deyib ki, UNHCR Yunanıstan şəhərlərinin merlərinin qaçqınların yerləşdirilməsi planlarına dəstəyini alqışlayır. O, agentliyin bu ilin sonuna qədər 22 min insanın bu yerlərə yerləşdirilməsi kimi qarşıya qoyduğu məqsədə çatacağına ümid bəslədiyini bildirib.

XS
SM
MD
LG