Accessibility links

İşsiz, amma kağızda vergi ödəyicisi kimi qeydə alınanlar…


Bu ilin ilk beş ayında Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2,9 faiz artıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat verir.

Bəs ölkədə adına VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) olan nə qədər şəxs var və onların nə qədəri fəaliyyət göstərir?

1.3 milyonun VÖEN-i var

Dövlət Vergi Xidmətindən "Turan"a bildirilib ki, Azərbaycanda 1 milyon 370 minə yaxın vergi ödəyicisi var: "Həmçinin 2022-ci ilin 1 may tarixinə aktiv əmək müqavilələrinin sayı 1 milyon 691 mindən çoxdur". Onlardan 87.9 faizi fiziki şəxslərdir.

Qurumdan qeyd olunub ki, 2022-ci il iyunun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2.9 faiz artaraq 684 min 699 olub: "Aktiv ƏDV (əlavə dəyər vergisi) ödəyicilərinin sayı 5.7 faiz artıb və 36 min 666 vahid təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 1.3 faiz artaraq 185 min 736-ya çatıb".

İqtisadiyyat Nazirliyindən isə "Turan"a deyilib ki, ölkədə kiçik və orta sahibkarlıq böyük potensiala malikdir: "Ölkə üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 99 faizi kiçik və orta biznes subyektləridir".

"VÖEN-in olması hökumətə bəhanə verir ki…"

Həmçinin, onun vurğulamasına görə, müxtəlif qurumlarda, hətta böyük holdinqlərdə sosial sığorta ödənişlərindən yayınmaq üçün işçilərə VÖEN aldırırlar: "Yəni, əmək müqaviləsini bağlamaqdan boyun qaçırmaq üçün öz işçilərinə VÖEN aldırırlar".

Nazim Bəydəmirlinin fikrincə, bütün bunların kökündə dayanan dövlətin iqtisadi siyasətinin qeyri-şəffaf olmasıdır: "Adamların adına VÖEN-in olması hökumətə bəhanə verir ki, reallıqda işsiz olan, amma kağızda vergi ödəyicisi kimi qeydə alınanlara sosial müavinətləri ödəməsin. Elə məhz buna görə işsizliklə bağlı həqiqətəuyğun olmayan statistika açıqlanır".

XS
SM
MD
LG