BMT-nin yüksək səviyyəli rəsmisinin çərşənbə günü bildirdiyinə görə, kanteynerlərdə və Qara dəniz limanlarında ilişib qalan Ukrayna taxılının daşınmasına dair razılaşma yaxşı işləyir və ilk həftə 370 min tondan çox ərzaq malları daşınıb.
"Bu əməliyyatın ilkin mərhələsində üç yüz yetmiş min metrik ton, məncə çox ümidverici bir əlamətdir" - deyə, sövdələşməyə nəzarət edən İstanbuldakı Birgə Koordinasiya Mərkəzinini BMT nümayəndəsi Fred Kenni bildirib.
Birgə Koordinasiya Mərkəzinə Rusiya, Türkiyə, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının nümayəndələri daxildir. Mərkəz iyulun 22-də ərzaq məhsulun beynəlxalq bazarlara ixracı məqsədilə İstanbulda imzalanmış Qara Dəniz Taxıl Təşəbbüsü sazişi ticarət gəmilərinin Ukraynanın cənub limanlarına təhlükəsiz hərəkətə nəzarət etmək məqsədilə yaradılıb.
Rusiyanın fevralın 24-də işğalından sonra Ukrayna limanlarında iyirmidən çox gəmi ilişib qalıb. Onların yarısı ya yola düşüb, ya da yola düşmək üçün icazə alıb.
“İndi bizim üçün bu gəmiləri çıxarmaq və yük göndərmək üçün yeni gəmiləri qəbul etmək ən vacib məsələdir” - deyə, BMT-nin Beynəlxalq Dəniz Təşkilatının Qlobal Gəmiçilik Sənayesini tənzimlənməsində məsul olan Kenni bildirib.
O, İstanbuldan video vasitəsi ilə jurnalistlərə bildirib ki, Birgə Koordinasiya Mərkəzi gəmiçilərdə Bosforu keçərək Qara Dənizə yola düşmək və Ukrayna limanlarında yükü götürmək üçün böyük əzm müşahidə ediblər. Əlavə edilib ki, Türkiyə limanında növbəsini gözləyən bir neçə gəmi var və artıq dörd gəminin Ukraynaya yola düşməsi üçün icazə verilib.
20 milyon tondan çox taxıl dünya bazarına çıxışı gözləyir. BMT bildirib ki, bu təşəbbüs təxminən üç həftə əvvəl imzalanandan bəri qlobal taxıl qiymətləri artıq düşməyə başlayıb.