40-a yaxın ölkə BMT-nin Baş Assambleyasında Təhlükəsizlik Şurasında veta gücünə malik beş ölkəni bu gücdən istifadə etdikləri zaman cavabdeh tutacaq qətnamə irəli sürməyi planlaşdırır.
Qətnamə qəbul edilərsə, Təhlükəsiz Şurasının beş daimi üzvündən biri – Britaniya, Çin, Fransa, Rusiya və Birləşmiş Ştatlar - şurada hər hansı qətnamənin qəbulunun qarşısını almaq üçün veto səlahiyyətindən istifadə etdiyi zaman Baş Assambleyanın toplanması tələb olunacaq.
Bu təşəbbüsə başçılıq edən Lixtenşteyn çərşənbə axşamı Twitter hesabında bildirib ki, qətnamənin sponsorları mətni gələn həftə Baş Assambleyaya təqdim edəcəklər və onun tez bir zamanda qəbul edilməsinə ümid edirlər.
"Bu qətnamə Baş Assambleyaya səlahiyyət vermək və çoxtərəfliliyi gücləndirmək üçün mənalı bir addımdır," Lixtenşteyn bildirib.
Baş Assambleya bu yaxınlarda fövqəladə xüsusi sessiyanın təşkilində və Rusiyanın Ukraynada apardığı müharibəyə görə beynəlxalq təcridinin vurğulanmasında böyük rol oynayıb.
Moskva Baş Assambleyada keçirilən iki səsvermədə hərbi müdaxiləyə görə qınanıb və Ukraynaya humanitar yardımın çatdırılmasına imkan verməyə çağırılıb. Hər iki səsvermə Rusiya Təhlükəsizlik Şurasının addım atmasını blk edəndən sonraya təsadüf edib – bir dəfə veto qoymaqla, ikinci dəfə isə veto hüququndan istifadə etməklə hədələməklə.
Assableyda ötən həftə üçüncü səsvermədə çox nadir bir addım ataraq, Ruisyanı BMT-nin İnsan Hüquqları Şurasından kənarlaşdırıb.
Bir həftə öncə Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Şurasına müraciətində şuranın 15 üzvünü beynəlxalq sülhü və təhlükəsizliyi təmin etmək mandatını həyata keçirmədiklərinə görə danlayıb və BMT-ni ya islahat etməyə və ya dağılmağa çağırıb.
Birləşmiş Ştarlar Lixtenşteyinin başçılıq etdiyi təşəbbüsü dəstəkləyir və həmsponsorlarından biridir.
Səfir Linda Tomas-Qrinfild bəyanatında bildirib ki, bəzi hallarda beş üzvdən biri müəyyən bir qətnamənin beynəlxalq sülh və təhlükəsizliyin inkişafına gətirib çıxarmadığına inanır və buna görə də veto qoyur, amma onlar qərarlarını izah etməyə hazır olmalıdırlar.
"Təəssüf ki, Təhlükəsizlik Şurasının bütün üzvləri belə düşünmür," Tomas-Qrinfild deyib. "Biz xüsusilə də, Rusiyanın son iyirmi ildə veto imtiyazından sui-istifadə etməsindən, o cümlədən BMT-nin Gürcüstanda müşahidəçi missiyasını dayandırmaq, Suriyada cavabdehlik tədbirlərini və kimyəvi silah təhqiqatlarını blok etmək, Ukrayna üzərində MH-17 təyyarəsinin vurulması ilə bağlı cinayət məhkəməsinin başladılmasının qarşısın almaq və Prezident Putini Ukraynaya qarşı başlatdığı əsassız və ədalətsiz seçim müharibəsinə görə qınaqlardan qorumaq üçün istifadə etdiyi vetolardan narahatıq."
Birləşmiş Ştatlar 2000-ci ildən bəri, İsrail-Fələstin münaqişəsi ilə əlaqəli olaraq ən azı on dəfə veto hüququndan istifadə edib. Vaşinqton 2002-ci ildə BMT-nin Bosniyada sühməramlı missiyasının yenilənməsinə çağıran qətnaməyə də veto qoyub.
Rusiya (ondan əvvəl isə Sovet İttifaqı) veto hüququndan tez-tez istifadə edib. Son illərdə Çin də bir çox dəfə Rusiyaya qoşularaq Suriyadakı müharibə ilə əlaqədar təşəbbüsləri blok edib. Britaniya və Fransa 1989-cu ildən bəri bir dəfə belə veto hüququndan istifadə etməyib.