Accessibility links

BMT Təhlükəsizlik Şurası Əsədin devrilməsindən sonra Suriyanı müzakirə edir


BMT Təhlükəsizlik Şurası Bəşar Əsədin üsyançılar tərəfindən devrilməsindən sonra Suriyadakı vəziyyətlə bağlı bazar ertəsi bağlı qapılar arxasında danışıqlar aparmağa hazırlaşır.

Təxminən 14 il davam edən Suriya vətəndaş müharibəsi zamanı Əsədə hərbi yardım göstərən Rusiya, BMT-nin Qolan Təpələrindəki sülhməramlı missiyası ilə bağlı potensial təsirlər də daxil olmaqla, hadisələri müzakirə etmək üçün Təhlükəsizlik Şurasının iclasını labüd edib.

İsrail əsgərləri bazar günü Qolan Təpələrindəki BMT-nin nəzarətində olan bufer zonasına yerləşdirilib və Baş nazir Benyamin Netanyahu bu addımın Suriya qüvvələrinin mövqelərini tərk etməsindən sonra israilliləri qorumaq üçün lazım olduğunu deyib.

Bazar ertəsi Suriyaya kimin rəhbərlik edəcəyi və ölkənin uzun illər davam edən müharibədən və Əsəd ailəsinin hakimiyyəti altında 50 ildən çox müddətdən sonra necə özünə gəlməyə çalışacağı ilə bağlı çoxlu suallar mövcuddur.

Kreml sözçüsü Dmitri Peskov bazar ertəsi jurnalistlərə bildirib ki, prezident Vladimir Putin Əsədə sığınacaq verməyə qərar verib. Peskov Putinin Əsədlə görüşmək planının olmadığını deyib və o, Əsədin yeri ilə bağlı şərh verməkdən imtina edib.

Bazar günü Rusiya xəbər agentlikləri Əsəd və ailəsinin Moskvaya gəldiyini bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin qonşuları ilə yaxşı münasibətləri olan və regional sabitliyə kömək edən “yeni Suriya”ya ümid etdiyini bildirib.

ABŞ Dövlət Katibi Antoni Blinken bazar günü verdiyi açıqlamada, Birləşmiş Ştatların "inkişafları yaxından izləyəcəyini və regiondakı tərəfdaşlarımızla əlaqə saxlayacağını" söylədi.

Blinken bildirib ki, Birləşmiş Ştatlar Suriya xalqına qarşı sui-istifadələrə və amerikalı jurnalist Austin Tays kimi mülki şəxslərin saxlanmasına görə Əsəd və digər şəxslərin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq səyləri dəstəkləyəcək.

Əsəd 2013-cü ildə Dəməşqin kənarında kimyəvi silah hücumu da daxil olmaqla, ölkədəki vətəndaş müharibəsi zamanı müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə ittiham olunurdu.

Əbu Məhəmməd əl-Qolani HTS-ə rəhbərlik edir və ölkənin bilavasitə istiqamətini təyin edə bilər. O, Əl-Qaidənin keçmiş komandiridir və illər əvvəl qruplaşma ilə əlaqələri kəsib və plüralizmi və dini tolerantlığı qəbul etdiyini deyir.

Amma ölkədə kəskin fikir ayrılıqları var. Türkiyənin dəstəklədiyi müxalif döyüşçülər şimalda ABŞ-ın müttəfiqi olan kürd qüvvələri ilə döyüşür və İslam Dövləti qruplaşması bəzi ucqar ərazilərdə hələ də fəaldır.

Forum

XS
SM
MD
LG