Beynəlxalq Atom Enerjisi Agentliyinin başçısı şənbə günü İranla elm sahəsi daxil olmaqla iki mühüm məsələ ilə bağlı danışıqların aparıldığını və prosesə dair “böyük gözləntilərin” olduğunu bildirib.
Rafael Qrossi görüşlərə cümə günü Tehranda başlayıb. Diplomatlar onların məqsədinin İranı yeri açıqlanmayan müəssisələrdə tapılan nüvə silahı səviyyəsinə yaxın səviyyədə uran qalıqları ilə bağlı BAEA-nın təhqiqatı ilə əməkdaşlıq etməyə təşviq etmək olduğunu deyir.
“Qlobal baxımdan iki vacib məsələ var. Aydındır ki, İran və Agentliyin üzərində işlədiyi məsələlərdə irəliləmək, İrandakı nüvə proqramı ilə bağlı aydınlıq gətirmək və etibarlı əminlik təmin etmək üçün bizim birgə işimizlə bağlı böyük bir gözlənti var, "Qrossi Tehranda jurnalistlərə deyib.
“Çox əhəmiyyətli olan ikinci məsələ İranla aramızda olan və olmağa davam edəcək elmi, texniki əməkdaşlıqla əlaqədardır,” İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ilə birlikdə çıxış edən Qrossi deyib.
Qrossi bildirib ki, danışıqlar “iş, dürüstlük və əməkdaşlıq mühitində” aparılıb.
Onun Tehranla yeraltı Fordou zənginləşdirmə zavodunda, uran hissəciklərinin 83,7% -ə qədər zənginləşdirilməsinin mənşəyi ilə bağlı ilə əlaqə saxlandığı bir vaxta təsadüf edir.
Birgə gündəm
İslami şənbə günü müxbirlərə bildirib ki, İslam Respulikası uranı 60 faiz saflıq səviyyəsinə qədər zənginləşdirir.
Qrossi daha sonra Prezident İbrahim Rəisi ilə görüşüb və “Atom Enerjisi Təşkilatı ilə birgə gündəliyə nail olmaqdan məmnunluğunu, əməkdaşlıq yolunu hamarlaşdırmaq üçün tədbirlər barədə məmnuniyyətini ifadə edib,” Rəisinin yardımçısı Məhəmməd Cəmşidi Twitter-də yazıb.
Rəisi əlavə edib ki, “əməkdaşlıq ikitərəfli bir məsələdir və BAEA-nın müstəqilliyi və İran xalqının hüquqları qorunduğu təqdirdə davam edəcək,” Cəmşidi əlavə edib.
İran tez-tez BAEA Qərb və Tehranın əzəli düşməni İsrail tərəfindən manipulyasiya edilməkdə və İslam Respublikasının dinc nüvə proqramı inkişaf etdirmək hüququna məhəl qoymamaqda günahlandırır. BAEA ittihmları rədd edir.
İran 2015-ci ildə altı dünya qüdrəti ilə əldə olunan razılıq altında beynəlxalq sanksiyalardan azad olunmaq müqabilində mübahisəli uran zənginləşdirmə proqramını məhdudlaşdırıb. Ancaq 2018-ci ildə ozamankı ABŞ Prezidenti Donald Trampın razılıqda geri çəkilməsi və İrana qarşı sərt snaksiyaları bərpa etməsinin ardından Tehran sazişin uranın zənginləşdirməinə tətbiq etdiyi sərt məhdudiyyətləri pozmağa başlayıb.