Accessibility links

Dünya ölkələri İranda insan hüquqlarının vəziyyətini tənqid edir


BMT-nin İnsan Hüquqları Şurasına iüzv ölkələr İranda insan hüquqlarının müdafiə olunmaması, xüsusilə də 2009-cu ildə iyun seçkilərindən sonra vəziyyətlə bağlı narahatlıqlarını ifadə edib

BMT-nin İnsan Hüquqları Şurasının iclasında 50-dən çox ölkənin nümayəndəsi Tehran bəyanatın oxunmasının qarşısını almasına İranda insan hüquqlarının vəziyyəti ilə bağlı bəyanata dəstək verib.

Sənəddə üzv ölkələr İranda insan hüquqlarının müdafiə olunmaması, xüsusilə də 2009-cu ildə iyun seçkilərindən sonra vəziyyətlə bağlı narahatlıqlarını ifadə edir. Burada deyilir ki, problemlər dissidentlərin zorakı şəkildə susdurulması, məhkəmə keçirilmədən həbslər və edamları əhatə edir.

Bununla belə, İranın səfiri prosedur manevri edərək, Norveç səfirinin bəyanatı oxumasını dayandırıb. Pakistan da daxil olmaqla, bəzi ölkələr bu addıma etiraz edərək İrana qoşulub.

Ləngimədən sonra çoxu qərb ölkəsi olmaqla, azı 55 ölkənin nümayəndəsi bəyanata dəstək vermiş və sənəd oxunmuşdur.

XS
SM
MD
LG