Accessibility links

BMT-nin insan hüquqları üzrə rəhbəri: "Mariupol faciəsi hələ bitməyib"


BMT-nin yüksək səviyyəli rəsmisi bildirib ki, Mariupolda baş verənlərlə bağlı məlumatlar Rusiya silahlı qüvvələrinin mühasirədə olan Ukrayna şəhərində beynəlxalq humanitar və insan hüquqları qanunlarını ciddi şəkildə pozduğunu göstərir.

BMT-nin insan hüqları ofisinin rəhbəri cümə axşamı BMT-nin İnsan Hüquqları Şurasını Mariupoldakı dəhşətli vəziyyətlə bağlı məlumatlandırıb. Təhlükəsizlik vəziyyətilə Mariupola daxil ola bilməyən BMT müşahidəçiləri məlumatları şəhəri tərk edən insanlardan və peyk görüntülərindən toplayıblar.

İnsan hüququları üzrə ali komissar Mariupolda fevral ilə aprel ayları arasında baş verənlər barədə məlumatlar paylaşıb. O, Mariupolu Ukraynada ən tələfatlı yer kimi təsvir edib.

O, xronoloji qaydada Rusiyanın amansız hava hücumları, raket hücumları, tank və artilleriya atəşinin bir zamanlar yarım milyon insanın yaşadığı çiçəklənən şəhəri necə dağıntılara çevirdiyini təsvir edib. O, dağılan yaşayış binaları, ictimai binalar, xəstəxanalar və çoxu ölən mülki vətəndaşların olduğu başqa quruluşların statistikasını paylaşıb.

Rusiya üç aydan sonra Mariupolun nəzarətini ələ keçirib. Başelet deyir ki, şəhərdə vəziyyət ağırdır. O deyir ki, sakinlərin tibbi yardıma və başqa əsas xidmətlərə çıxışı məhduddur və insanlar nə şəhəri sərbəst şəkildə tərk edə nə də geri dönə bilir.

“Mariupol faciəsi bitməyib və orada törədilən dağıntıların tam miqyası hələ aydın deyil,” Başelet deyib. “Şəhər əvvəl-axır yenidən qurula bilər, ancaq mülki əhalinin başına gətirilən dəhşətlər, insanlar, o cümlədən gələcək nəsillər üzərində öz silinməz izlərini qoyacaqdır. Öz övladlarını dəfn etmək məcburiyyətində qalan valideynlər... çox sevilən bir şəhəri bir daha görməmək ehtimalı ilə tərk etmək məcburiyyətində qalanların hamısı üzərində.”

Rusiyanın BMT-nin Cenevrə ofisindəki səfiri Gennadi Qatilov Ali Komissarın Mariupoldakı vəziyyətə dair qiymətləndirməsinə etiraz edib. Onun sözlərinə görə, Rusiya qüvvələri Mariupolu onun sözlərinə görə, Ukraynanın nasist birləşmələrindən tam azad edib.

O deyib ki, Mariupol səkkiz ildir ki, Ukrayna neonasistləri tərəfindən girov saxlanılır. İndi isə o deyir ki, şəhərə sülh qayıdır və sakitlik bərpa olunur.

Ukrayna Prezident Aparatının rəsmisi Tetiana Lomakina Rusiyanı ölkəsinə qarşı qanunsuz və əsassız müharibə aparmaqda ittiham edib. Onun sözlərinə görə, Rusiya törətdiyi cinayətlərə görə cəzasız qalmamalıdır. O, beynəlxalq ictimaiyyəti hesabatlılığı təmin etməyə çağırıb.

Lomakina Mariupolun əbədi olaraq Ukraynanın ayrılmaz hissəsi olaraq qalacağını bildirib. O, hökumətinin xalq yenidən azad olunana qədər sakitləşməyəcəyinə söz verib.

XS
SM
MD
LG