Accessibility links

BMT: İnsan hüquqlarına artan etinasızlıq qlobal sülhü və inkişafı təhdid edir


 Haitidə G9 və Ailə qanqster qrupunun lideri. 22 oktyabr, 2021
Haitidə G9 və Ailə qanqster qrupunun lideri. 22 oktyabr, 2021

BMT-nin İnsan hüquqları üzrə ali komissarı Volker Türk İnsan haqları günü ərəfəsində 75-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasını qeyd etmək məqsədilə bir illik kampaniya başladıb.

Türkün dediyinə görə, o ümid edir ki, bu kampaniya insanların insan hüquqları ilə bağlı məlumatlılığını və sadiqliyini yeniləyəcək və sənədə ilham verən baxışı canlandıracaq.

O deyib ki, insan hüquqları pozuntuları hər kəs üçün narahatlıq doğurmalıdır. O qeyd edib ki, təkcə Ukaynadakı müharibə və ya İranda etirazçıların dövlət təhlükəsizlik qüvvələti tərəfindən öldürülməsi kimi mətbuatda böyük diqqətin ayrıldığı ürəkparçalayan qətllərlə bağlı narahatlıq və yardım təklifləri ifadə olunmamalıdır.

Ali komissar deyib ki, unudulmuş böhranlarda insanların çəkdiyi əzablar göz ardı edilməməlidir. O, Haitidə qanqsterlər tərəfindən insanların öldürülməsi və qaçırılmasına, həmçinin orada milyonlarla insanın kəskin aclıqla üzşləşməsinə, eyni zamanda Yəmən, Əfqanıstan, Somali, Mozambik və başqa ölkələrdəki humanitar fəlakətlərə diqqət çəkib.

“Xəbər başlıqlarından yoxa çıxan bu və bir çox digər böhran vəziyyətlərinin təkcə onların birbaşa təsirinə məruz qalan insanlar üçün ağır nəticələri olmur, həm də sərhədləri aşan təsirləri olacaq və yerləşdikləri regionlarda sabitliyi daha da pozmaq riski daşıyır,” Türk deyib. “Onlar və bir çox başqa böhranların ortaq cəhədtlərindən biri də insan hüquqlarına etinasızlıqdır.”

Türk qeyd edib ki, insan hüquqlarına etinasızlıq çox sayda və bir-biri ilə əlaqəsi olan insan hüquqlarl pozuntularına gətirib çıxara bilər ki, buna irqçi və başqa diskriminasiya formaları, habelə adekvat yaşayış standatlarının inkar edilməsi daxildir. O deyib ki, nifrət çıxışı gərginlikləri artıra və gender bərabərliyi kimi hüquqlara mənfi təsir göstərə bilər.

“Bu böhranların təsirinin əsas ağırlığını həmişə ən çox təcrid olunanlar, xüsusən də qadınlar, uşaqlar, miqrantlar, yerli xalqlar, məcburi köçkünlər, əlillər, yaşlılar, etnik və irqi azlıqlar, və LGBTIQ-plus insanların üzərinə düşür,” o deyib.

Trk xəbərdarlıq edib ki, dünya güvən böhranı ilə üzləşir və bütün regionlarda sosial hərəkatlar və etirazlarda artım insanlara xidmət etmək üçün nəzərdə tutulan institutların iflasa uğradığına işarədir.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd olunan prinsiplərə əməl etmək cəmiyyətləri hər kəs üçün ədalət və bərabərliyə əsaslanan daha yaxşı gələcəyə doğru aparan yola sala bilər.

XS
SM
MD
LG