Accessibility links

BMT-nin Ali Məhkəməsi: İsrailin işğal olunmuş Fələstin ərazilərində mövcudluğu qanunsuzdur və buna son qoyulmalıdır


Birləşmiş Millətlər Təşkilatının Ali Məhkəməsi cümə günü BMT Baş Assambleyasının tələbi ilə dünyanın ən mübahisəli məsələlərindən biri olan İsrailin Fələstin ərazilərini işğalının hüquqi nəticələrinə dair məsləhət rəyi verməyə hazırlaşır.

Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) hakimlərin məsləhət xarakterli rəyləri məcburi olmasa da, onlar beynəlxalq hüquqa görə ağırlıq daşıyır və işğalın qeyri-qanuni olduğuna dair açıq-aydın aşkarlama İsrailə dəstəyi zəiflədə bilər.

Məsləhət rəyi prosesi hazırkı İsrail-HƏMAS münaqişəsindən əvvəl başlayıb.

Cənubi Afrikanın qaldırdığı ayrı bir işdə məhkəmə may ayında İsrailin Qəzza zolağında Rəfah hücumunu dayandırması üçün məcburi qərar çıxarmışdı.

İsrail hökmü kəskin şəkildə pisləyib.

2022-ci ilin sonlarında Baş Assambleya məhkəmədən İsrailin Şərqi Qüds də daxil olmaqla, Fələstin ərazilərinin "uzun müddətdir işğalı, məskunlaşma prosesi və ilhaqını", ümumiyyətlə bununla bağlı İsrail hökumətinin siyasətini qiymətləndirməyi xahiş edib.

İsrail İordan çayının qərb sahilini, Qəzzanı və Şərqi Qüdsü - fələstinlilərin dövlət qurmaq istədikləri tarixi Fələstinin ərazilərini 1967-ci il müharibəsi zamanı ələ keçirib və o vaxtdan bəri İordan çayının qərb sahilində qəsəbələr salıb və onları davamlı olaraq genişləndirib.

İsrail liderləri mübahisəli torpaqlarda olduqları üçün ərazilərin hüquqi baxımdan işğal edilmədiyini iddia etsələr də, Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq ictimaiyyətin əksəriyyəti bu əraziləri İsrailin işğalı altında olan ərazilər hesab edir.

Fevral ayında 50-dən çox dövlət öz rəyini məhkəməyə təqdim edib. Fələstin nümayəndələri isə məhkəmədən İsrailin bütün işğal etdiyi ərazilərdən geri çəkilməli və qeyri-qanuni yaşayış məntəqələrini sökməli olduğu barədə qərar verməsini xahiş edib.

İsrail dinləmələrə qatılmayıb, lakin yazılı bəyanat göndərib. Bəyanatda məhkəmənin məsləhət xarakterli rəy verməsinin İsrail-Fələstin münaqişəsinin həlli cəhdlərinə "zərər" verəcəyi bildirilib.

İştirakçı dövlətlərin əksəriyyəti məhkəmədən işğalı qeyri-qanuni hesab etməsini istəyərkən, Kanada və Britaniya da daxil olmaqla, bir sıra dövlət məhkəmədən məsləhətçi rəy verməkdən imtina etməsini istəyib.

İsrailin ən güclü himayədarı olan Birləşmiş Ştatlar məhkəməni istənilən məsləhət rəyini məhdudlaşdırmağa və İsrail qüvvələrinin Fələstin ərazilərindən qeyd-şərtsiz çıxarılmasına göstəriş verməməyə çağırıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG