Accessibility links

Ülvi Həsənli ev dustaqlığına buraxılmayıb


Ülvi Həsənli
Ülvi Həsənli

Dekabrın 15-də Xətai rayon məhkəməsində "Abzas Media"nın direktoru Ülvi Həsənlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Vəkil Zibeydə Sadıqova bildirib ki, hakim vəsatəti təmin etməyib.

"Məhkəmədə bildirdim ki, Ülvi Həsənlinin azadlıq hüququ məhdudlaşdırılsa da, digər hüquqları da qeyri-qanuni olaraq pozulur. Məsələn, şəxsi həyatına hörmət hüququ, müdafiə hüququ pozulur. Həmçinin də, Ülvi Həsənlinin azyaşlı qızı var, onunla da görüşünə qadağa qoyulub. Bu məsələləri məhkəmənin diqqətinə çatdırdım ki, ev dustaqlığına buraxılmaq vacib bir məqamdır. Çox təəssüf ki, məhkəmə təmin etmədi"- vəkil qeyd edib.

Məhkəmədə Ülvi Həsənlinin ailəsi, xüsusilə də azyaşlı qızı ilə görüşünə qoyulan qadağadan verilən vəsatət də təmin edilməyib.

Ülvi Həsənli noyabrın 20-də, Sevinc Vaqifqızı isə noyabrın 21-də həbs olunub. Xətai Rayon Məhkəməsi saytın direktoru barəsində 4 ay, baş redaktoru isə 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.

"Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov isə noyabrın 20-də həbs olunub və barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Onların hər üçü də Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunurlar.

Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin səbəbi kimi "Abzas Media"da dərc olunan korrupsiya araşdırmalarının olduğunu bildirirlər.

Forum

XS
SM
MD
LG