Yayın gəlişi ilə Nyu York sakinlərinin həyatı bir az da maraqlı olur. Nyu York bələdiyəsi və Şəhər Parkları İdarəsinin əməkdaşlığı ilə yay boyu şəhərin bütün parklarında film nümayişləri keçirilir. İlk dəfə 1992-ci ildə HBO kanalının təşkil etdiyi Bryant Parkda pulsuz film nümayişindən sonra belə tədbirlər ənənəyə çevrilib.
Proyektin “Ulduzların altındakı filmlər” adlanır. Parklar idarəsinin rəsmi saytında yay boyu göstəriləcək filmlərin siyahısı, məkan haqda məlumat və nümayiş tarixləri qeyd olunur. Şəhər sakinləri nümayişə hazırlıqlı gəlir. İnsanlar çəmənlikdə rahat otura bilmək üçün evlərindən piknik süfrəsi və ya oturacaq gətirir. Yaşlı və əlillər üçün isə, xüsusi oturacaqlar təşkil olunur. Film izlərkən mədəni tox tutmaq məqsədilə yanlarına meyvə, qoz-fındıq kimi cürbəcür qəlyanaltılar alırlar.
İnsanlar yerlərini alıb, yeməklərini də yerləşdirdikdən sonra parkda şişmə ekran quraşdırılır və günbatımından sonra film nümayişi başlayır. Hər yay Nyu York şəhərində 400-dən çox parkda film nümayişi baş tutur.
Nümayiş üçün seçilən filmlər bir neçə kateqoriyaya bölünür. Bəzi günlər sadəcə ağ-qara klassik Hollivud filmləri göstərilir. Bəzən də, yerli kinoteatrlarda nümayişi yenicə bitmiş filmlər nümayiş olunur. Məsələn, bu yay 2019-cu ildə Oscar mükafatına layiq görülən “Yaşıl Kitab” və ya Ledi Qaqanın oynadığı “Ulduz Doğuldu” filmi nümayiş olunub.
Film nümayişlərinin əsas məsələsi isə, bu filmləri qeyri-adi Nyu York mənzərələri ilə birlikdə izləyə bilməkdir. İsti yay günlərində şəhər sakinləri parklarda oturub həm təmiz havadan feyziyab olur, həm də dostları ilə birlikdə sevdiyi filmləri pulsuz izləyə bilir. Yerli sakinlərin yaşadığı bölgədəki qomşuları ilə birlikdə film izləməsi onların yaxınlaşmasına, yeni dostluqlar əldə etməsinə kömək olur. Onlara yaşadığı yerin bir parçası olduğu hissini verir. Beləliklə, Nyu Yorklular axşamlar evlərində yalnız qalıb televizora baxmaqdansa, parka gəlib başqa insanlarla birgə film izləyi seçir. Şəhər parkları beləcə şəhər sakinlərinin üstü-açıq evinə çevrilir. Nyu Yorkda insanlar parklarında evlərindəki qədər rahat ola bilir.