Ukraynanın Fövqəladə Hallar nazirliyinin bildirdiyinə görə, ölkənin şərqindəki Luqansk regionunda daş kömür mədənində baş verən partlayış nəticəsində16 şaxtaçı həlak olub. Nazirlik bu gün səhər baş verən partlayış nəticəsində 3 şaxtaçının yaralandığını, 9-nun itkin düşdüyünü bildirib. Region rəsmilərinə istinadən verilən xəbərlərdə partlayışa metan qazının səbəb olduğu deyilir.
Ukrayna rəsmilərinin partlayışın səbəblərini araşdırdığı və prezident Viktor Yanukovoçin bu gün hadisə yerinə gedəcəyi bildirilir.