Accessibility links

Ukraynanın keçmiş prezidenti Poroşenkoya qarşı əlavə cinayət işləri başladılıb


Ukraynanın Baş Prokurorluğu keçmiş prezident Petro Poroşenkoya qarşı əlavə dörd cinayət işi açıb. Bu barədə onun vəkili İqor Holovan iyulun 10-da bildirib.

Holovanın sözlərinə görə, cinayət işləri maqnat Ihor Kolomoyskinin istəyi ilə başlanıb. Bir vaxtlar PrivatBank-ın sahibi olan Kolomoyski Poroşenkonu PribatBankın fəaliyyəti ilə bağlı gizli məlumatların üstünü açmaqda, vəzifə səlahiyyətlərinən sui-istifadə etməkdə, və çirkli pulların yuyulmasında ittiham edir.

Holovan Poroşenkoya qarşı irəli sürülən bütün ittihamları "siyasi motivli" adlandırıb.

Poroşenko ilə uzunmüddətli düşmənçiliyi olan Kolomoyski 2016-cı ilə qədər PrivatBanka sahiblik edib. Lakin 2016-cı ildə hələ Poroşenko hakimiyyəti dönəmində mərkəzi bank stress testindən uğursuz çıxan və yetərli kapitalı olmadığını bildirilən bankın nəzarətini ələ keçirib.

Kolomoyskiy təqribən iki il mühacirətdə yaşayıb və Volodimir Zelenskinin 2019-cu ilin aprelində prezident seçilməsindən sonra ölkəyə qayıdıb.

Lakin Kolomoyskinin ona məxsus telekanalda aktyor kimi şöhrət qazanan Zelenskiylə əlaqələri prezidentin oliqarxın təsirində olmasına dair narahatlıqlar doğurub.

İyulun 1-də Poroşenko ona qarşı irəli sürlümüş ümumi 24 ittihamın hamısının arxasında Kolomoyskinin olduğunu iddia edib.

Ukraynanın Baş Prokuroru İrina Venediktova Poroşenkonun iddialarını rədd edərək, ittihamların siyasətlə əlaqəsinin olmadığını söyləyib.

İyulun 8-də Venediktova Poroşenkonun ona qarşı qaldırılan işlərdən biri ilə əlaqədar məhkəməyə qədər həbsdə saxlanılmasına dair tələbini geri götürüb.
Həmin məhkmə işi Poroşenkonun xarici kəşfiyyat xidmətinin rəis müavini vəzifəsinə qanunsuz təyinatı ilə əlaqədardır. Venediktova bu işdəki istintaqın tamamlandığını söyləyib.

Milyarder şirniyyatçı Poroşenko hazırda parlament üzvü kimi fəaliyyət göstərir. Onun partiyası iyulda keçirilən parlament seçkilərində Avropa tərəfdarı və anti-Rusiya təbliğatı ilə çıxış edərək parlamentdə 25 yer qazanıb.

XS
SM
MD
LG