Accessibility links

Ukraynada sosial media [Video]


Ukraynada sosial media
please wait

No media source currently available

0:00 0:03:10 0:00
Mustafa Nayim bildirir ki, onun ağlına gəlməzdi ki, Kiyevin Azadlıq meydanında nümayişlərə Facebookda çağırış etməsi aylarla davam edən etiraz dalğasına, prezidentin Rusiyaya qaçmasına və Moskvanın işğal təhdidlərinə səbəb olacaq.

O, deyir ki, Ukrayna Narıncı İnqilabının ildönümünün simvolizmi nümayişçiləri ruhlandırmağa kömək etdi.

Onlar mənim Facebook yazıma deyil, hökümətin Avropaya inteqrasiya prosesini dayandırması qərarına cavab verdilər. Mənim yazım sadəcə olanları tətiklədi, başqa heç nə. Mən, mənim yazımın və ya özümün bunları etdiyini düşünmürəm. Bu, cəmiyyətin həmin günkü qəzəbi idi, deyə Mustafa Nayim bildirir.

Polislərlə qarşıdurmalar zamanı çoxu mülki vətəndaş olmaqla 100 nəfər həlak oldu.

Alina kimi fəallar deyir ki, mübarizə haqda ilk məlumat sosial mediada yayıldı.

Meydanın ilk dəfə çoşması onu dağıtmaq istədikləri vaxt oldu. Ümumən götürsək, insanlar social media vasitəsi ilə hər şeydən xəbər tutdu, Alina deyir.

Serbiyalı mühacir Zihlko Mahrçek deyir ki, Facebook və buna oxşar Rusiya internet səhfələri bu cür sürətlə təşkilatlanmaq üçün əsas vasitədir.

Zihlko Mahrcek: Biz hər 15 dəqiqədən bir olanlar barədə məlumat alırdıq. Bizim klassik TV çəkilişlərindən fərqli, hadisə yerlərində canlı yayım verən jurnalistlərimiz vardı.

Ancaq bəzi sosial media istifadəçiləri Maksim Savanevskinin Ukrayna Böhran media mərkəzində sosial media və internet təşkilatçısı olduğu barədə yalan məlumatlar yayiblar.

Maksim Savanevski: Biz aydın görürük ki, Rusiya kəşfiyyat orqanları və xüsusi təşkilatlanmış qruplar Ukraynada baş verənlər barədə yalan məlumatlar yayırlar. Bu məlumatlar həqiqi olmayan, proqramlaşdırılmış istifadəçilər tərəfindən yayılır. Həqiqi istifadəçi kimi görsənən bu insanlar Ukraynada Rusiya hökümətinin addımlarını dəstəkləyir.

Rusiyanın Krıma müdaxilə etməsi müharibə qorxusu yaradaraq, Ukrayna siyasətçilərinin əvvəlki vərdişlərə üz tutmasına səbəb olur, deyə Nayim bildirir.

Mustafa Nayim: Buna görə də mən düşünürəm ki, bizim nəsilin öhdəliyi Yanukoviçə qalib gəlmək deyil. Çünki Yanukoviç Timoşenkonun,Yatsenyukun və Klitçkonun rəqibidir. Bizim rəqibimiz sistemin özüdür və bu system bu insanlar tərəfindən qurulub. Biz indi onların bu sistemi yenidən bərpa etmək istədiklərini görürük. Buna görə də mən inqilabın başa çatdığını və bizim qələbə çaldığımızı düşünmürəm.
XS
SM
MD
LG