Ukraynada müxalifət liderləri deyir ki, nümayişçilər iki aydan çoxdur zəbt etdikləri Kiyev şəhər zalını boşaltmağa hazırdır.
Ancaq millətçi Svoboda Partiyasının rəhbəri Oleq Tyanivokun bildirdiyinə görə, bu barədə qərar hələ verilməyib.
Ukraynada rəsmilərin 234 nümayişçini sərbəst buraxmasından sonra nümayişlər tədricən səngiməyə başlayıb. Bu addım keçən ay imzalanan əfv fərmanının tərkib hissəsi olub. Hökumət deyir ki, nümayişçilər paytaxtda ələ keçirdikləri hökumət binalarını tərk edəndən sonra onların üzərindən kriminal ittihamlar da götürüləcək.
Prezident Viktor Yanukoviç əleyhinə ölkə boyu kütləvi etiraz aksiyaları keçən ilin noyabr ayında onun Rusiya ilə yaxınlaşmaq üçün Avropa İttifaqı ilə ticarət razılığını imzalamamasında sonra baş qaldırmışdı.