Accessibility links

Ukraynada döyüşlər intensivləşib


Bu gün Ukraynanın şərqində hökumət qüvvələri ilə separatçılar arasında döyüşlər intensivləşdiyi bir vaxt ölkə prezidenti xarici işlər nazirinə baş qaldıran zorakılıqlar haqda alman, fransız və rus həmkarları ilə təcili danışıqlar aparmaq göstərişi verib.

Ukrayna prezidentinin veb səhifəsinin verdiyi məlumata görə, 200-ə yaxın separatçı tanklardan istifadə edərək Novolaspa kəndinə hücuma keçib. Kənd hökumətin nəzarətində olan Mariupol şəhəri ilə separatçıların istehkamı olan Donetsk arasında yerləşir.

Veb səhifədə yazıldığına görə, Ukrayna hərbi qərargahlar rəisi Viktor Mujenko prezident Petro Poroşenkoya deyib ki, hücumun qarşısı alınıb. Ancaq son məlumatlara görə, daha sonra hökumət qüvvələri kənddən çıxmalı olub.

Üsyançı rəsmiləri onların qüvvələrinin Novolaspaya hücumunu rədd edərək bildirib ki, üsyançıların bazaları əvvəldən orada olub. Separatçılar daha sonra Ukrayna qüvvələrini kəndi ağır artileriyada atəşə tutmaqda ittiham edib.

Ukrayna ordu sözçüsü Vladislav Seleznyov hökumət qüvvələrinin Staronativka qəsəbəsinə nəzarəti öz əlində saxladığını bildirib. Qəsəbə Nobolaspadan bir neçə kilometr cənub-qərb yerləşir. Sözçü bildirib ki, hücum zamanı bir Ukrayna əsgəri həlak olub, 9 nəfər isə yaralanıb.

Cənab Poroşenkonun Twitter vasitəsilə bildirdiyinə görə, o, xarici işlər naziri Pavlo Klimkinə Almaniya, Fransa və Rusiya xarici işlər nazirləri ilə təcili danışıqlar aparmaq tapşırığı verib.

XS
SM
MD
LG