Accessibility links

Ukraynada hökumət əsgərləri həlak olub


4 nəfər ölüb, 8-i yaralanıb

Ukrayna ordusu bildirir ki, son 24 saat ərzində Rusiyanın dəstəklədiyi separatçıların açdığı atəş nəticəsində 4 Ukrayna əsgəri həlak olub, 8-i isə yaralanıb.

Ordu sözçüsü Andrey Lisenko bildirib ki, bu zaman ərzində qiyamçılar hökümət qüvvələrinə 30 dəfədən artıq raket və minomyotla atəş açıb. O, döyüşlərin artmasını Ukraynanın şərqinə Rusiyadan gələn “humanitar konvoy”-la əlaqələndirib.

Ukrayna rəsmiləri Rusiyanı humanitar yardım adı altında separatçıları silahla təmin etməkdə günahlandırırlar. Rusiya rəsmiləri isə bu ittihamı rədd edir.

Donetsk şəhər adminsitrasiyasının vebsaytında bir adamın yaralandığı və hücumun şəhərin bir neçə ərazisində işıqların sönməsinə səbəb olduğu bildirilir. Bundan əvvəl şəhər rəsmiləri cümə axşamı şəhərin dörd rayonunun atəşə tuş gəlməsinin nəticəsində iki mülki şəxsin öldüyünü, 7-nin isə yaraldığını bildirib. Hücum nəticəsində bir sıra yaşayış binasının zədələndiyi də qeyd edilib.

Döyüşlər yanvarın 15-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək görüş ərəfəsində artıb. Görüş zamanı Almaniya, Fransa, Ukrayna və Rusiya liderlərinin Ukraynadakı böhranı müzakirə edəcəkləri gözlənilir.

XS
SM
MD
LG