Accessibility links

Rusiyapərəst separatçıların Ukrayna təyyarəsini vurması nəticəsində 49 nəfər həlak olub


Ukraynanın baş prokurorluq idarəsinin verdiyi məlumata görə, Rusiya tərəfdarı separatçılar Ukraynanın hərbi yük daşıyan təyyarəsini vurması nəticəsində 49 adam həlak olub.

Baş prokurorluq idarəsi doqquz ekipaj üzvü və 40 hərbçi Ukrayna hərbi hava qüvvələrinin İl -76 təyyarəsinin vurulması nəticəsində həlak olduğunu bildirib.

Ukrayna Müdafiə nazirliyinin verdiyi məlumata əsasən, hərbi yük daşıyan təyyarə Luqansk hava limanında enməyə hazırlaşan zaman zenit raket kompleksindən açılan atəş nəticəsində vurulub.

Baş prokurorluq hadisə ilə əlaqədar terrorizm əleyhinə qanuna əsasən cinayət işinin açıldığını bildirib.

Ukrayna prezidenti Petro Poroşenko açıqladığı bəyanatda hadisəyə görə məsuliyyət daşıyanların cəzalandırılacağına söz verib.

ABŞ Dövlət Departamentinin Rusiyanın Ukraynada separatçılara tanklar və başqa ağır silah göndərməsilə bağlı açıqlama verməsindən sonra bu gün NATO Rusiya tanklarının Ukrayna sərhəddində hərəkət etdiyini göstərən foto-şəkilləri açıqlayıb.
XS
SM
MD
LG