Accessibility links

Ukrayna 2004-cü ilin Konstiyusiyasına geri dönür [Yenilənib]


Bu gün Ukrayna prezidenti və 3 müxalifət lideri zorakılıqlara və onlarla insanın ölümünə səbəb olan siyasi böhrana son qoymaq üçün sazişə imza atıb.

Razılıq 2004-cü ilin Konstitusiyasına geri dönməyi nəzərdə tutur. Bununla prezidentin səlahiyyəti azalacaq, əvəzində bu səlahiyyətlər parlamentə veriləcək. Bundan başqa razılığa 10 gün ərzində milli birlik hökumətinin təşkili və bu il erkən seçkilərin keçirilməsi daxildir.

Bundan əvvəl isə prezident Viktor Yanukoviç ötən həftələrdə vüsət alan siyasi zorakılıqlara son qoymaq məqsədi ilə ölkədə növbədənkənar seçkilərin keçiriləcəyini və koalisiya hökumətinin yaradılacağını deyib.

Prezident Viktor Yanukoviç ofisinin səlahiyyətlərini azaltmaq üçün Konstitusiyaya dəyişikliklər edəcəyinə söz verib.

Bəyanat Avropa İttifaqının diplomatlarının vasitəçiliyi ilə hökumət və müxalifət nümayəndələri arasında bütün gecə keçirilən danışıqlardan sonra verilib.

Avropa İttifaqının yüksək rütbəli diplomatı hökumətlə müxalifət arasında ilkin razılığın bu gün imzalanacağının gözləndiyini deyib. Müxalifət müzakirələr barədə açıqlama verməyib.

Bu arada hökumət əleyhinə nümayişlərin episenteri olan Kiyevin Azadlıq Meydanı yaxınlığında güllə səsləri eşidilib. Ukrayna hökuməti qarşıdurmaya görə polisə müqavimət göstərən nümayişçiləri günahlandırır. Lakin məlumat təsdiqlənməyib.
XS
SM
MD
LG