Rusiya Ukrayna ilə sərhəd bölgələrə nəzarət məqsədi ilə qırıcı təyyarələrini göndərib. Bu addım Ukraynanın müvəqqəti hökumətinə qarşı təhdid mahiyyəti daşıyır.
Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç özünü hələ də Ukraynanın dövlət başçısı hesab etdiyini bildirərək, Rusiyadan təhlükəsizliyinin təmin edilməsini xahiş edib.
Yanukoviçin bu açıqlaması Rusiyanın xəbər agentlikləri tərəfindən yayılıb. Yanukoviç şənbə günündən, Ukrayna parlamentinin onun prezident səlahiyyətlərini ləğv etməsindən sonra ictimaiyyət arasında görünməyib və onun Rusiyadakı yeri barədə məlumat verilmir.
Bu arada, Ukraynanın müvəqqəti prezidenti Oleksandr Turçnyov Rusiyadan Krım yarımadasındakı hərbi dəniz qüvvələrinin mövqelərində saxlamasını istəyib. Bu çağırış yarımadanın paytaxtında bəzi hökumət binalarının silahlı şəxslər tərəfindən ələ keçirilməsindən sonra səslənib. Turçnyov Rusiya qüvvələrinin hər bir hərərkətinin hərbi təcavüz kimi qəbul ediləcəyini deyib.
Rusiyanın Qara dəniz donanması flotiliyası Sevastopolda yerləşir.
Ukraynanın daxili işlər naziri Arsen Avakov Simferopol şəhərində polisin hazır vəziyyətə gətirildiyini bildirib. Nazir binaların polis tərəfindən mühasirəyə alındığını deyib.
Xəbərlərdə ələ keçirilən binaların üzərində Rusiya bayraqlarının asıldığı bildirilir.
Ukraynada mart ayının 25-nə təyin edilən prezident seçkiləri günü Krımın gələcək status ilə bağlı Krım vilayətində referendum keçiriləcək.
Dünən Ukraynanın müvəqqəti liderləri müxalifətin aparıcı nümayəndəsi Arseniy Yatsenyukun baş nazir təyin edilməsini təklif edib. Parlament təklifi bu gün nəzərdən keçirilir.