Accessibility links

Ukrayna Xarici İşlər Nazirinin müavini: İran təyyarə qurbanlarının ailələrinə ödənəcək təzminatı büdcəyə əlavə etməyib


İran hökuməti Tehran yaxınlığında təyyarə qəzasında həlak olanların ailələrinə təzminat ödəmək üçün ölkə büdcəsinə 200 milyon avro ayırma təklifini geri götürüb. Bu haqda Hromadske radiosu Ukrayna Xarici İşlər nazirinin müavini Yevgeni Yeninə istinad edərək xəbər verib.

Onun sözlərinə görə, İran hökuməti ölkənin Milli İnkişaf Fondundan təzminat üçün 200 milyon avro ayırmağı planlaşdırırdı, lakin bu, "İran cəmiyyətində ciddi daxili müzakirələrə" səbəb olub.

"Ancaq biz İran hökumətinin təzminat ödəmək üçün büdcədə müəyyən miqdarda vəsait ayırma planlarını alqışlayacağıq" - deyə, nazir müavini qeyd edib.

Yevgeni Yenin tərəflərin təzminatın miqdarını hələ müzakirə etmədiklərini deyib. Onun sözlərinə görə, Ukrayna kompensasiyanın miqdarının fəlakətin baş verdiyi şərait, habelə əməkdaşlıq səviyyəsi və obyektiv, qərəzsiz istintaqın təmin olunmasından asılı olacağına inanır.

Bu ilin yanvarında İslam İnqilabı Keşikçiləri Korpusu Tehran yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing təyyarəsini vurmuşdu. Faciə zamanı 11 ukraynalı da daxil olmaqla 176 sərnişin və uçuş heyətinin üzvü həlak olub. İran rəhbərliyinin rəsmi versiyasına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun bazasından təyyarəyə raket atılması təsadüfən baş vermişdi. Bu səbəbdən İran uzun müddət təzminat barədə danışıqlar aparmaq və fəlakətə görə məsuliyyət daşıyanların adlarını çəkməkdən imtina etmişdi.

XS
SM
MD
LG